Məhkəmə qərarları › İş №3(076)-807/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-807/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-807/2025 27.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Alsu Dəyanət qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su X3 İstifadəsinə və X6 Xidməti 9 Saylı X2 nümayəndəsi X7 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsi ilə Azərbaycan Dövlət Su X3 İstifadəsinə və X6 Xidməti 9 Saylı X1 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su X3 İstifadəsinə və X6 Xidməti 9 Saylı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.1.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən Şəxs, Şəmkir rayonu, Çinarlı qəsəbəsində su obyektini özbaşına tutması aşkar edilmişdir. Bununla da, fiziki şəxs (vəzifəli) Şəxs, “daş, qum, çınqılların doğranması və xırdalanması fəaliyyəti ilə məşğul olan müəsisəsinin sahibi olmaqla (vöen **********) onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməli törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su X3 İstifadəsinə və X6 Xidməti 9 Saylı X2 nümayəndəsi X10 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində “daş, qum, çınqılların doğranması və xırdalanması fəaliyyəti ilə məşğul olan müəsisəsinin sahibi Şəxs xx.xx.2025-ci il tarixdə həmin müəsisəsində yoxlama zamanı qeyd edilən şəxsin dağ-mədən ayırma aktının olmaması, yəni 31 may 2020-ci il tarixli aktın müddətinin 2023-cü il tarixdə bitməsi aşkar olunmuşdur, hal su obyektini özbaşına tutuma hesab olunur. Odur ki Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM–nin 61.5-ci maddəsinə əsasən İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Məhkəmə, Şəxs hazırki inzibati xəta haqqında iş üzrə icraatda iştirakının məcburi olmamasını nəzərər alaraq və Azərbaycan Respublikası İXM–nin 61.5–ci maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 001818 saylı aktdan görünür ki, Azərbaycan Dövlət Su X3 İstifadəsinə və X6 Xidməti 9 Saylı X2 əməkdaşları tərəfindən Şəmkir rayonu, Çinarlı qəsəbəsində “daş, qum, çınqılların doğranması və xırdalanması fəaliyyəti ilə məşğul olan müəsisənin dağ-mədən ayırma aktının olmadan müəssisənin ərazisindən keçən Şəmirçay çayını istismar etməsi aşkar edilmişdir. Həmçinin araşdırma zamanı sözü gedən müəssisənin Şəxs məxsus olması müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixli, 16 saylı Şəmkir RİHB-nın sərəncamına əsasən Şəmkir şəhər sakini X4 Şəmkir çayının ərazisindən xammal götürmək məqsədilə 1 (bir) hektar torpaq sahəsi ayrılmışdır. xx.xx.2020-ci il tarixli. 01270 saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dağ-mədən ayırması aktına əsasən Aşağı Şəmkirçay qum çınqıl yatağı qum-çınqıl çıxarılması üçün fiziki şəxs Səməndər Həsənova verilmişdir. Fotoşəkillərdən görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində “daş, qum, çınqılların doğranması və xırdalanması fəaliyyəti ilə məşğul olan müəsisə Şəmirçay çayının ərazisində yerləşir və Şəmirçay çayı qum-çınqıl çıxarılması üçün istismar edilir. inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs, “daş, qum, çınqılların doğranması və xırdalanması fəaliyyəti ilə məşğul olan müəsisəsinin sahibi olmaqla (vöen **********) onun tərəfindən Şəmkir rayonu, Çinarlı qəsəbəsində su obyektini özbaşına tutması aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs törətdiyi inzibati xəta hadisəsi ilə bağlı və müvafiq qərarın qəbul olunması üçün barəsində toplanmış materialın aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Maddənin qeyd hissəsində göstərilənlərə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 262.1.2-ci maddəsinə əsasən su obyektlərinin özbaşına tutulmasına fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXMnin 262.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Su məcəlləsinin 103-cü maddəsinə əsasən Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 62-ci maddəsinə əsasən Su obyektlərindən faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, yeraltı qurğuların tikintisi yerin təki haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Məcəlləyə uyğun olaraq həyata keçirilir. “Yerin təki haqqında” Qanunun 13-cü maddəsinə əsasən: Yerin təki istifadəyə xüsusi razılıq və ya icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. [19] Yerin təki istifadəyə hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. [20] İcazə yer təkinin geoloji öyrənilməsinə, ehtiyatları müvafiq qaydada təsdiq edilmiş faydalı qazıntı yataqlarının işlənilməsinə, dağ-mədən müəssisələri və onlarla bağlı emal sahələrinin tullantılarından istifadə olunmasına, yerin təkindən faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilməsinə, xüsusi mühafizə edilən geoloji obyektlərin yaradılmasına, mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanmasına və arxeoloji qazıntıların aparılmasına hüquq verir. [21] Yerin təkindən istifadə çoxyönümlü (çoxprofilli) olduqda, hüquqi, yaxud fiziki şəxslər bir neçə xüsusi razılığa və ya icazəyə malik ola bilərlər. [22] Xüsusi razılığa görə dövlət rüsumu alınır. Dövlət rüsumunun miqdarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Elmi-tədqiqat işləri və dövlət proqramlarına əsasən aparılan bütün növ geoloji işlər, zəlzələlərin proqnozlaşdırılması, ətraf mühitin monitorinqinin yaradılması və aparılması, yeraltı suların rejiminə və balansına nəzarət edilməsi, arxeoloji tədqiqatların aparılması və yer təkinin bütövlüyünü pozmayan başqa işlər üçün xüsusi razılıq və ya icazə tələb olunmur. [23] Yer təkinin öyrənilməsinə yönəlmiş işlər geoloji fondda dövlət qeydiyyatına alınır. İcazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya torpaq sahibinin yerin təkindən istifadə məqsədilə (dövlət proqramları üzrə aparılan işlər daxil olmaqla) müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir. Yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istifadəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır. İş materiallarında olan sənədlərdən görünür ki, inzibati icraat aparılan şəxs Şəxs qeyd olunan ərazidə xüsusi icazə (lisenziya) olmadan fəaliyyət göstərməsi və fəaliyyət göstərdiyi ərazidən Şəmkir çayının bir hissəsinin keçməsi sözügedən su obyektini özbaşına tutma kimi qiymətləndirilməlidir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 262.1.2-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar