Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-808/2025 25.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, DİN BDYP-nin xx.xx.2025-ci il tarixli EQ 29761667 saylı qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Baş X5 İdarəsinin EQ 29761667 saylı xx.xx.2025-ci il tarixli qərarın edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdi ki, Baş X5 İdarəsinin EQ 29761667 saylı, 06 avqust 2025-ci il tarixli qərarına əsasən şikayətçi 400 manat məbləğində cərimə edilmişdir. Şikayətçi həmin qərardan narazıdır və hesab edir ki, qərar ona qarşı düzgün qəbul edilməmişdir. 2025-ci ilin avqust ayında şikayətçiyə məxsus avtomobil Şəmkir–Gədəbəy yolunda hərəkətdə olarkən Baş X5nin elektron kamera vasitəsi ilə qeydə alınmış, avtomobilin guya məhdudlaşdırılması olduğu üçün AR İXM-nin 339.1-1-ci maddəsinin tələblərinin pozulduğu göstərilərək qərar qəbul edilmişdir. Lakin şikayətçi bildirir ki, həmin məhdudlaşdırılmanın ləğv edilməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmə xx.xx.2025-ci il tarixdə şikayətçinin həmin məhdudlaşdırılma ilə bağlı işinə xitam vermişdir. Qərar şikayətçi tərəfindən şəxsən təqdim edilsə də, Baş X5nin səhlənkarlığı nəticəsində həmin xitam qərarı Veb-Portala yerləşdirilməmişdir. Bu səbəbdən də şikayətçiyə yenidən əsassız olaraq cərimə tətbiq edilmişdir. Buna görə də, şikayətçi Şəmkir Rayon Məhkəməsinə müraciət edərək barəsində yazılmış cərimə qərarından narazı olduğunu bildirir, etiraz edir və həmin cərimə ilə bağlı qəbul edilmiş qərarların tam araşdırılmasını xahiş edir. Qərardan şikayət vermiş şəxs X1 şikaytə uyğun ifadə verərək, Baş X5 İdarəsinin EQ 29761667 saylı xx.xx.2025-ci il tarixli qərarın edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29761667 saylı inzibati tənbehvermə haqqında qərarından görünür ki, “VAZ 21061” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 xx.xx.2025-ci il tarixdə Şəmkir–Gədəbəy yolunda hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinin tələblərini pozduğuna görə 400 (dörd yüz) manat məbləğində inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X1 nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(076)- 478/2025 saylı qərarına xitam verilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin üzərinə qoyulsa da, həmin orqan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən materialları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsi baş verdiyi vaxt X3 barəsində inzibati protokol tərtib edilərkən onun nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması artıq aradan qaldırılmışdır. Belə olan halda protokolun tərtib edilməsi əsassız hesab edilməli və həmin inzibati xətaya görə məsuliyyət tətbiq edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Bu baxımdan, X2 qarşı inzibati məsuliyyət tədbirinin tətbiqi əsassız olduğundan, icraata xitam verilməlidir. Belə ki, qərardadan şikayət verən şəxs barəsində protokol tərtib olunarkən onun üzərinə qoyulmuş məhdudlaşdırma artıq aradan qaldırılmışdır. Bu halda qərar əsassız hesab edilməli, inzibati xəta tərkibi olmadığına görə isə DİN BDYP-nin xx.xx.2025-ci il tarixli, EQ 29761667 saylı inzibati tənbehvermə haqqında qərarı üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Bu baxımdan, X2 qarşı inzibati məsuliyyət tədbirinin tətbiqi əsassız olduğundan, icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 inzibati tənbeh verilməsinə dair DİN BDYP-nin xx.xx.2025-ci il tarixli EQ 29761667 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X1 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-808/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-808/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver