Məhkəmə qərarları › İş №3(076)-809/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-809/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-809/2025 15.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Məmmədova Alsu Dəyanə qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Vəkil Tələbkar: "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə xx.xx.1988-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-3663/2024 saylı icra sənədi üzrə yaranmış borcu ödəməyərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati tənbeh almasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar olaraq Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-3663/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs cəmi 1986 manat borc məbləği və 40 manat dövlət rüsumunun alınıb tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Borcunu ödəmədiyi üçün ona, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və qərar qanuni qüvvəyə minmiş, lakin borclu məhkəmənin eyni icra sənədi üzrə tələbləri yerinə yetirməkdən təkrar boyun qaçırmışdır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsi istiqamətində heç bir hərəkət etmir. Ona görə də, hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Tələbkar "xxxx" MMC-nin tələblərini güzəşt etdiyi Qərb Finans MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında və iclas zamanı təqdim etdiyi ərizəsində, borclu Şəxs ilə borcun ödənilməsi barədə razılaşdıqlarını, hazırda şikayətçi olmadığını bildirmiş və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-3663/2024 saylı icra sənədinə əsasən ondan cəmi 1986 manat borc məbləği və 40 manat dövlət rüsumunun alınıb tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu ödəməkdə çətinlik çəkir. Özü heç bir yerdə işləmir, ona görə də hazırkı vaxtda borcundan ödəniş edə bilməmişdir, xəstə uşağı vardır, borc onun qardaşının olmuşdur, belə olsa da, onun borcunu ödəmək fikri var, anası da pensiyasından hər ay 100 manat ödəmək üçün köməklik edəcək. Bundan başqa, ona Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və qərar qanuni qüvvəyə minmişdir. İcra sənədinin tələblərini yerinə yetirməmək fikri yoxdur. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı müdafiəçi Vəkil borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığını bildirdi və işin xitam edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-3663/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs cəmi 1986 manat borc məbləği və 40 manat dövlət rüsumunun alınıb tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2024-cü il tarixli, 2(076)-3663/2024 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)- 3663/2024 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatları, həmçinin, tələbkarın nümayəndəsinin ərizəsi ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkar ilə aralarında olan razılığa əsasən hər ay qalan borcundan ödəməklə, ümumi borcunu qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki,hazırki işin faktiki hallarında Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. İş materiallarında olan Dövlət büdcəsi hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatından görünür ki, Vəkil oğlu Şəxs barəsində olan inzibati xəta haqqında, iş materialları ilə tanış olmağa və məhkəmə iclaslarında iştirak etməyə görə iki saat vaxt sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına iş materialları ilə tanış olmağa və məhkəmə iclaslarında iştirak etməyə sərf edilmiş ümumilikdə 2 saata görə 22 manat (2x11=22) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəmkir Rayon Vəkil Bürosunun vəkili Vəkil iş materialları ilə tanış olması və məhkəmə baxışında iştirak etdiyi saatlara, ümumilikdə 2 saata görə 22 manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 805670; Bankın VÖEN-i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN-i: **********). Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar