Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-81/2024 20.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, şahidlər X6, X1 və X5 iştirakları ilə, xx.xx.1986-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şəmkir rayonu, M.Əsədov küçəsi, ev 7-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir Rayon Polis şöbəsində tərtib olunmuş material 20 yanvar 2024-cü il tarixdə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş, Şəmkir Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş, xx.xx.2024-cü il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs, xx.xx.2024-cü il tarixdə Şəmkir şəhəri, M.Əsədov küçəsində saat 18:30 radələrində ucadan ünvansız nalayiq söyüşlər söymüş və Şəmkir rayon polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş, X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Şəmkir şəhəri, M.Əsədov küçəsində nalayiq ifadələr işlədən zaman ona yaxınlaşaraq, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, protokolda qeyd edilənlərin heç biri həqəqətə uyğun deyil. Belə ki, o, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman Ülfət adlı polis əməkdaşı ona yaxınlaşaraq, rayon şöbə rəisinin onu çağırdığını bildirmiş, o isə heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Lakin, şöbəyə çatdıqda polis əməkdaşları heç bir səbəb olmadan onu növbətçi hissəyə salmış, bu gün isə məhkəməyə gətirmişlər. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X8 izahatında bildirdi ki, Vüsal onun qardaşıdır, sahə rəisi ona zəng edərək qardaşını polis şöbəsinə gətirməsini bildiurmiş, həmçinin qardaşı özü də ona zəng edərək polislərin qapının agzında onu aparmaq üçün evə gəldiklərini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Şəxs qeyd etdiyi xüsusatları təsdiq edir, həmçinin bildirmişdir ki, Şəxs rayon polis şöbəsində olması ilə əlaqədar o da, polis şöbəsinə gəlmişdir və başlanılmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X10 izahatında, xidmətdə olan zaman sonradan adı onlara məlum olan Şəxs axşam saatlarında Şəmkir şəhəri ərazisində ucadan ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının ona yaxınlaşaraq söhbət etdiyi zaman Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid X3 izahatında, şahid İlkin Həsənovun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs, xx.xx.2024-cü il tarixdə Şəmkir şəhəri, M.Əsədov küçəsində saat 18:30 radələrində ucadan ünvansız nalayiq söyüşlər söymüş və Şəmkir rayon polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs, xx.xx.2024-cü il tarixdə Şəmkir şəhəri, M.Əsədov küçəsində saat 18:30 radələrində ucadan ünvansız nalayiq söyüşlər söyməsi və Şəmkir rayon polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş (videogörüntü, şahid izahatları və s.), məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin şahid ifadələri də bir birinə ziddiyyət təşkil etmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir RayonMəhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-81/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-81/2024
20.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver