Məhkəmə qərarları › İş №3(076)-81/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-81/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-81/2025 03.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X3 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1956-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Şəmkir rayonu, Kraz yolu yaşayış massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, Şəmkir şəhəri, Moleq küçəsi, ev 47-də yaşayan Zərərçəkmiş şəxs əli ilə bel nahiyyəsindən vuraraq ona fiziki ağrı yetirməklə sonuncunu döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin, şahidin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X6 izahatında göstərdi ki, Şəmkir şəhəri, Moleq küçəsi, ev 47-də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-yə müraciət edərək qayını arvadı Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs özünü inzibati iş üzrə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Könül onun nəvəsinin keçmiş qayınanasıdır, hazırda aliment üstündə aralarında mübahisə vardır. xx.xx.2024-cü tarixdə o, Şəmkir şəhəri 20 yanvar küçəsində marşurut avtubusuna minən zaman avtobusun içərisində təsadüfən Könül ilə rastlaşmışdır. Bu zaman Könül avtobusun içərisində arxaya keçmək üçün ona yol verməmişdir. O da, avtobusun içərisində arxaya keçmək istəyərkən Könül əlləri ilə saçından tutaraq dartmışdır. Həmin vaxt avtobusda olan tanımadığı şəxslər onları ayırmışdır. Mübahisə zamanı o, Könülü vurmamış və döyməmişdir. Hazırda da ondan şikayətçidir, aralarında barışıq yoxdur. Odur ki qeyd etdiklərinə əsasən, onun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Şəxs tanıyır. Belə ki, Zərifə onun keçmiş gəlininin nənəsidir, hazırda aralarında normal münasibətlər yoxdur. xx.xx.2024-cü il tarixdə o, Şəmkir şəhəri 20 yanvar küçəsində marşurut avtobusunda olan zaman Zərifə də həmin avtobusa minmişdir. Bu zaman Zərifə qəfildən dirsəkləri ilə onun kürək nahiyəsindən vurmuşdur. O da, Zərifəyə əl qaldıran zaman Zərifə əlləri ilə sifət nahiyəsindən vurmuş, bundan sonra o da avtobusdan yerə düşərək DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Mübahisə zamanı o heçkəsi vurmamış və döyməmişdir. Hazırda da Şəxs ilə barışmamışdır və onun barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X11 izahatında göstərdi ki, o, 5 saylı marşurut üzrə Şəmkir- Kraz yolu avtobusunda sürücü işləyir. Zərərçəkmiş şəxs və Şəxs tanıyır, hər ikisi mütəmadi olaraq marşuruta minmişlər. xx.xx.2024-cü il tarixdə o idarə etdiyi **-GN-*** nömrəli avtobusla Şəmkir şəhəri 20 yanvar küçəsində hərəkətdə olarkən Könül ilə Zərifə avtobusun içərisində əlbəyaxa olmuşlar. Daha sonra Könül avtobusdan düşərək getmişdir. Hadisə ilə əlaqədar ona başqa məlum olan hal yoxdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun zərər çəkmiş Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətməsi müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin və şahidin izahatını, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Həmçinin, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə əlaqədar izahatında göstərdiyi xüsusatlar, özünü müdafiə xarakteri daşıyır, heç bir əsaslı və mötəbər dəlillərə əsaslanmır, Şəxs yalnız formal mülahizələrlə çıxış edərək tətbiq ediləcək inzibati məsuliyyətdən yayınmaq məqsədini ehtiva edir, lakin, işdə olan sənədlər və digər sübutlar onun inzibati xəta hadisəsində təqsirli hesab edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxslə barışmamasını, həmçinin, altmış yaşına çatmış qadın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nazlı Heydərova İş № 3(076)-1244/2024 QƏRARDAD (inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında) ŞƏMKİR RAYON MƏHKƏMƏSİ xx.xx.2024-cü il Şəmkir şəhəri Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Heydərova X12 Rayon Məhkəməsinin icraatında olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin materiallarını nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs 23 sentyabr 2024-cü il tarixdə, saat 20 radələrində Şəmkir rayonu, Morul yaşayış massivi, M.Müşfiq küçəsində fərdi yaşayış evində, Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin edilməyən zərər yetirmişdir. İşin baxılması Şəmkir Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir, işin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil, inzibati xəta haqqında işin materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir, işin icraatını rədd edən hallar mövcud deyil, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır, iş üzrə vəsatətlər və etiraz yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Odur ki, inzibati xəta haqqında iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 17:30-a təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı, 109-cu və 111-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində olan inzibati xəta haqqında işin məhkəmə iclası Şəmkir şəhərinə, Şəmkir Rayon Məhkəməsinin binasına xx.xx.2024-cü il tarixə saat 17:30-a təyin edilsin. İşin məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs və inzibati protokol tərtib etmiş Şəmkir RPŞ-in polis sahə rəisinin iştirakları təmin edilsin. Hakim: Nazlı Heydərova İş № 3(076)-23/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 08 yanvar 2025-ci il Şəmkir rayonu Şəmkir Rayon Məhkəməsi Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Məhkəmə iclasının katibi Heydarov Cəmil Elxan oğlunun katiblyi Şəmkir Rayon Polis Şöbəsinin İTB –nin polis sahə rəisi X3 Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxır. Məhkəmə iclası saat 12:15-də başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclasının katibi sədrlik edənin göstərişi əsasında məruzə edərək bildirdi ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəmkir Rayon Polis Şöbəsinin İTB –nin polis sahə rəisi X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu və şahid X4 iştirak edirlər. Sədrlik edən şahidin onlar üçün ayırılmış otağa keçirilməsinə göstəriş verir. Şahid məhkəmə iclas zalından kənarlaşdırılır. Sədrlik edən bildirir ki, işə hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunın katibliyi ilə baxılır. Hakimə, məhkəmə iclas katibinə etiraz etmək hüququnu və etirazın əsaslarını proses iştirakçılarına izah edir. Hakimə və məhkəmə iclasının katibinə etiraz olmadı. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: X6 – Şəmkir Rayon Polis Şöbəsinin İTB –nin polis sahə rəisi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs oğlu– xx.xx.1984-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir şəhəri, Əzizbəyov küçəsi, ev 78-də yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Şəmkir rayonu, Posanlı massivində yaşayan Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs–xx.xx.1983-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şəmkir şəhəri, Ağ dağlar massivində yaşayan Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etdi. S/C. sədrlik edən - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - İzah olunmuş hüquqlarım mənə aydındır; - inzibati xəta haqqında protokolla tanış olmuşam; - hər hansı bir əlilliyim yoxdur; Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçiyə malik olmaq, əgər maddi vəziyyəti buna imkan vermirsə, dövlət hesabına müdafiəçi ilə təmin edilmək hüququnu izah edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüququnu özünün müdafiə edəcəyini, müdafiəçiyə ehtiyac duymadığını və müdafiəçidən imtinasının maddi imkanı ilə bağlı olmadığını bildirib, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Sədrlik edən yerində qısa müşavirə edib Qəraraalır: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçidən imtinası qəbul edilsin. Sədrlik edən zərərçəkmiş şəxsə onun Azərbaycan Respublikası İXM-nin 62-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etdi. Zərər çəkmiş şəxs: Hüquq və vəzifələrim aydındır. Hakim inzibati iş üzrə icraatda iştirak edən şəxslərdən etiraz və vəsatətlərinin olubolmamasını soruşur. İnzibati iş üzrə icraatda iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda heç bir etiraz və vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən inzibati xəta haqqında protokolu elan edir. Sədrlik edən izahat vermək üçün sözü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə verir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatı: -Bildirirəm ki, Şəmkir rayonu, “Ağ dağlar” adlı yaşayış massivində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-yə müraciət edərək əri Şəxs oğlu tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-nə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Şəxs oğlunun barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edirəm. Sədrlik edən izahat vermək üçün sözü zərərçəkmiş şəxsə verir və izahat verməkdən imtina etməyə və bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu və 532-ci maddələri ilə xəbərdarlıq edilir və ondan iltizam alınır. Zərərçəkmiş şəxs izahatı: Şəxs oğlu mənim ərimdir. Onunla birgə nikahdan iki övladımız anadan olmuşdur. Ruslan Əmiraslanov mütamadi olaraq onunla mübahisə və dava-dalaş etdiyim üçün ərimdən boşanmağa görə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişəm. Ruslan Əmiraslanov hal-hazırda mənimlə eyni ünvanda yaşamır. xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində o, yaşadığımız evə gəlmişdir. Mən yaşadığımız evin qarşısında taksidən düşəndə, Ruslan kənardan mənə yaxınlaşaraq nəyə görə taksi ilə evə gəlməyimi bildirmişdir. Mən isə xadimə kimi çalışdığım yeməkxanada iş vaxtının gec qurtarması səbəbindən taksi ilə gəlməyimi bildirmişəm. Bir sözlə mübahisə edərək evə daxil olduq, evdə də mübahisələrimiz dava etmişdir və Ruslan evə daxil olduqdan sonra məni əl zərbələri ilə döyməyə başladı. Ruslan Əmiraslanovun barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığımı bidirirəm. Sədrlik edənin sualına cavab: - Şəxs oğlundan şikayətçiyəm. Sədrlik edən izahat vermək üçün sözü barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun izahatı: -Rəsmi olaraq heç bir yerdə işləmirəm. Fərdi əməklə məşğul oluram. Zərərçəkmiş şəxs mənim arvadımdır. Arvadım ilə aramızdada normal münasibətlər yoxdur. Hal-hazırda mən arvadım Əfsanə Əmiraslanova ilə eyni ünvanda yaşamıram. Mən valideynlərimin evində yaşayıram. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə mən arvadım Əfsanə Əmiraslanovanın yaşadığı evin yaxınlığında olmuşam. Həmin vaxtı bir nəfər tanımadığım şəxsin avtomobil ilə evin qarşısında dayanmasını görmüşəm. Mən yaşadığım evə gəlmişəm və evin qarşısında dayanan şəxslərlə mübahisə edərək, onları evdən qovmuşam. Daha sonra arvadım Əfsanə Əmiraslanova ilə aramızda sözlə mübahisə baş vermişdir. Mübahisə vaxtı mən arvadım Əfsanə Əmiraslanovanı əl zərbəsi ilə vurmuşam. Əməlindən peşmanam. Qərar qəbul edərkən izahatımda göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edirəm. Sədrlik edənin sualına cavab: - Hadisəyə səbəb bizim məişət zəminində söz söhbətimiz olub. Əlavə sual olmadı. İzahat vermək üçün şahid X4 dəvət edilir. Hakim inzibati xəta haqqında iş üzrə şahidin şəxsiyyətini müəyyən edir. X4 xx.xx.2008-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şəmkir şəhər Ağ dağlar massivində yaşayan Sədrlik edən İXM-nin 67-ci maddəsində nəzərdə tutulmuş özünə və yaxın qohumlarına qarşı izahat verməmək hüququnun olmasını, məhkəmədə baxılan inzibati xətaya dair iş üzrə doğrü izahat vermək və ona məlum olan məlumatları bildirmək şahidin vəzifəsi olduğunu, bilə-bilə yalan izahat verməyə görə İnzibati Xətalar Məcəlləsinin 530-cu və 532-ci maddələrində nəzərdə tutulmuş məsuliyyəti izah edir. Şahid İXM-nin 530-cu və 532-ci maddələrində nəzərdə tutulan məsuliyyətin ona tamamilə aydın olduğunu bildirir. X1 izahatı: -Bildirirəm ki, Şəxs oğlu mənim atamdır. X5 isə anamdır. Valideynlərim tez-tez davadalaş edirlər. xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü tarixə keçən gecə yaşadığımız evdə məndən kiçik yaşda olan qardaşım ilə oturmuşduq. Bu zaman evin qapısının açıldığını və valideynlərimin mübahisə edərək, evə daxil olmasını gördüm. Evə daxil olduqdan sonra atam anamı döyməyə başlamışdır. Sədrlik edənin sualına cavab: -Mübahisə təxmini 3-4 dəqiqə davam etmişdir. Əlavə sual olmur. Sədrlik edən iş materiallarını elan edir. Sədrlik edən proses iştirakçılarından əlavə və vəsatətlərin olub-olmamasını soruşur. Əlavə və vəsatətlər daxil olmadı. Sədrlik edən məhkəmə araşdırmasının başa çatdığını və məhkəmə çıxışlarının başlandığını elan edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirəm. Zərərçəkmiş şəxs: Şəxs oğlunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirəm. Barəsində inzibati icraat aparılan şəxs: Mənə münasibətdə yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışlarının başa çatdığını elan edir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə iclas protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası saat 12:35-də bağlı elan olunur. İclas protokolu 08 yanvar 2025-ci il tarixdə tərtib olundu. Hakim Nazlı Heydərova Katib Cəmil Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar