Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-811/2025 15.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X11 Məsail oğlunun sədrliyi, Xanalıyeva Nuray Fərəc qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X2, X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon polis şöbəsinin sahə rəisi X6 iştirakları ilə, xx xxxxx 1954-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şəmkir RPŞ-dən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X10 tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli protokola Şəmkir Rayon Məhkəməsində baxılaraq sahə rəisi bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə oğlu X3 vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, məhrum yoldaşı Bürcalıyev Səməndərin vəfatından sonra məhkəmə qətnaməsi ilə oğlu Bürcalıyev Azərə mülkdən pay verilmişdir. Gəlini ilə münasibətləri yaxşı olmadığından oğlundan gəlinini həmin mülkə gətirməməsini xahiş etmiş, oğlu isə ona əhəmiyyət vermərəyərək sözügedən mülkdə nəvəsi və gəlinini yerləşdirmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 10:00 radələrində oğlu Azər və gəlini Sevinc bazardan qayıtdıqları zaman həyət qapısı bağlı olduğundan qapını açılması üçün bir müddət döymüş və qapı ardında gözləmişlər. Lakin o, həyətin digər başında olduğu üçün qapının döyülməsini eşitməmiş və bu səbəbdən qapını bir qədər gec açmışdır. Bundan əsəbləşən oğlu qapı açılan zaman onu təhqir edərək söymüşdür. O, oğluna mane olmaq üçün əli ilə oğlunun ağzını qapamaq istəmişdir. Hadisə zamanı gəlini Sevinc onlar arasında yarana biləcək mübahisənin qarşısını almaq üçün gəlmişdir. Həmin əsnada oğlu Azər onu təpiklə vurmuş, o zərbədən yerə yıxılmış və onun başının arxa nahiyəsi, kürəyi, əlinin üzəri və dirsəyi zədələnmişdir. Daha sonra oğlu Azər hadisə yerinə polis çağırmışdır. O bildirir ki, şəkər xəstəsidir. Oğlunu vurmaq niyəti olmamış, sadəcə söyüş söyməsinə maneə olmaq istəmişdir. Əksinə oğlu onu vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə atalarına məxsus olan mülk bölünmüş, mülkdən ona və digər qardaşına pay verilmişdir. Daha sonra ailə üzvləri polisin iştirakı ilə həmin mülkə yerləşdirilmişlər. Lakin həmin gündən anası Sürəyya qızı və həyat yoldaşını yola verməmiş, tez-tez onlar aralarında mübahisələr yaranmışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 10:00 radələrində həyat yoldaşı ilə evə gəldikləri zaman, anası qapnı açmamış, gec açdığı üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı anası onu vurmuşdur. Lakin, o anasına heç bir fiziki xəsarət yetirməmiş, onu sakitləşdirmək üçün polisə məlumat vermişdir. Hal-hazırda anasından şikayəti yoxdur və barışmışdır. Lakin xahişi var ki, anası ona mənzildəki paydan sərbəst istifadə etməsinə maneə törədməsin. Məhkəmə iclasında X1 zərər çəkmiş şəxs X2 izahatında göstərdiyini öz izahatında təsdiqlədi. İş materiallarında olan MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şəmkir şəhəri Təbriz küçəsində oğlu X3 vuraraq xəsarət yetirmişdir. İş materiallarından olan 22 iyun 2025-ci il tarixli N-513 nömrəli ekspert rəyindən görünür ki, Şəxs bədən səthində sol bazu,sağ said və sağ baldır nahiyəsində qançırları KÜT əşyanın təsirindən törəmişlər. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcələri təyin edilməmişdir. Məhkəyə təqdim etmiş ərizəsində zərərçəkmiş şəxs X5 anası Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbi olnadığını bildirdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda Şəxs barəsində İXM-nin 39.1 və 53.0.9-cu maddələri tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-nin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasın İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(076)-811/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-811/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver