Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-812/2025 15.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Məmmədova Alsu Dəyanət qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2 iştirakları ilə, 26 aprel 1964-cü il tarixdə Şəmkir rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şəmkir şəhəri, Təbriz küçəsi ev 8-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şəmkir RPŞ-dən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, X1 onun oğludur, eyni evdə yaşayırlar, aralarında yaşadıqları evə görə mübahisə vardır. Həmin mübahisə ilə bağlı məhkəmə araşdırması olmuş və məhkəmə qərarı ilə onlar həmin evə yerləşmişlər. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində oğlu Azər həyat yoldaşı Sevinc ilə yaşadığımı evə gələn zaman o giriş darvazasını xəstə olduğu üçün gec açmışdı. Buna görə oğlu evə keçəndən sonra deyinərək onu söyüb təhqir etmişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o əlləri ilə Azəri kənara itələmiş, Azər isə təpiklə sağ ayağından vurmuş və o yerə yıxılmışdır. Bundan sonra o huşunu itirmişdir, heç nəyi xatırlamır. Hazırda zərərçəkmiş şəxslə barışıblar. Odur ki, qeyd olunanları nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs qaynanasıdır, eyni evdə yaşayırlar, yaşadıqları evə görə mübahisə vardır. Həmin mübahisə ilə bağlı məhkəmə araşdırması olmuş və məhkəmə qərarı ilə o, öz ailəsi ilə birlikdə həmin evə yerləşmişdir. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində həyat yoldaşı Azər ilə o bazardan evə gələn zaman qaynanası Sürəyya həyat yoldaşı Azərin üzərinə hücüm edərək şillə ilə onu vurmuşdur. Bu zaman onları ayıran zaman Sürəyya əlləri ilə saçından tutaraq onu yerə yıxaraq sürümüşdür. Mübahisə zamanı o və həyat yoldaşı Azər qaynanası Sürəyyanı vurmamışlar. Həyat yoldaşı Azər sadəcə olaraq əlləri ilə onu kənara itələmişdir. Azər təpiklə Sürəyyanı vurmamışdır. Hazırda Şəxs ilə barışıblar. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 iyul 2025-ci il tarixli qəraradan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmiş, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39 və 53.1.9-cu maddələri tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(076)-812/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-812/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver