Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-813/2025 19.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Məsail oğlunun sədrliyi, Xanalıyeva Nuray Fərəc qızının katibliyi, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu,Təzəkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Daşkəsən rayon Məhkəməsinin 2(030)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Hazırda borc 6200 manat təşkil edir. Məhkəmə iclasında icra məmuru Zaur Aslanov bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, icra sənədinin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri aradan qaldırmamışdır. Bbu səbəbdən borclu Şəxs əməli İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, səhhəti ilə bağlı işlamək imkanı olmadığı üçün icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Bu günədək icra sənədi üzrə müəyyən ödənişlər etmişdir, tam bağlamağa imkanı yoxdur. İstilikxanada günü 16-17 manata muzdlu işçi kimi çalışır. Atası Çernobil qəzası nəticəsində əlilliyi müəyyən olunmuş şəxsdir. Atasında kəskin radiasiya sindromu (şüa xəstəliyi) var. Bu onların nəsil genlərinin zədələnməsinə səbəb olmuşdur.Özünün səhətində bu səbəbdən müəyyən fəsadlar yaranmışdır.Qaraciyərinin Vİ-Vİİ seqmentlərində lokal şəkildə exogenlik yüksəlib və qaraciyərləri dəftur şəkildə böyümüşdür, böyrəklərində pionefrit və xoletistit xəstəliyi var. Bunla bağlı sənədələri məhkəməyə təqdim etdiyini bildirdi. Bu səbəbdən fiziki güc tələb edən işlərdə işləyə bilmir. İki uşaq üçün kəsilmiş 320 manat məbləğində olan alimeti ödəməyə imkanı olmadığını, lakin buna baxmayarq hər ay tələbkara 200 manat ödəyə biləcəyini bildirir və proses gedişində borcluya 200 manat ödəmişdir.Səhhətində düzəliş olduğu halda 320 manat alimenti tam ödəməyə hazırdır. Tələbkarla razılaşmışdırlar. Qeyd edilənləri nəzərə alaraq onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. X1 izahatında bildirdi ki, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə hər uşaq üçün kəsilmiş 160 (bir yüz altmış) manat olmaqla, cəmisi 320 (üç yüz iyirmi) manat alimenti borclu Şəxs ödəməkdən boyun qaçırır. Bu ilin iyun ayında 300 manat ödəmə etmişdir. Hər ay mütəmadi olaraq ödənişlər etməyə davam edərsə onunla razılığa gəlməyə hazırdır. İş materiallarından olan xx.xx.2025-ci il tarixli MN ******* sayılı protokoldan görünür ki, Daşkəsən rayon Məhkəməsinin 2(030)-375/2023 sayılı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilmir.Aliment üzrə borc 6200 manatdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş tibbi sənəd olan ultrasəs müayinəsinən görünür ki, Şəxs qaraciyərinin Vİ-Vİİ süqmentlərdə lokal şəkildə exogenlik yüksəlib, ölçüləri dəftur şəkildə böyüyüb,damar şəbəkəsi güclənib, kənarları hamardır, daşsız xolesistopan- kreatit əlamətləri izlənilbdir. İş materiallarında olan Şəmkir Rayon Mərkəzi Xəstaxanası tərəfindən verilmiş ********** sayılı xx.xx.2025-ci il tarixli tibbi protokoldan görünür ki, Şəxs iki böyrəyində kalkulyoz pielonefriti sistit əlamətləri vardır. Qaraciyər, mədəaltı vəzin diffuz dəyişikliyi, daşsız xolosistit aşkarlanıb. İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında qeyd edilir ki, göründüyü kimi, İXM-nin 528-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Beləliklə, “İcra haqqında” Qanunun 82ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmüş tədbirlər nəticə vermədiyi hallarda borclunun, ilk növbədə, inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. Qanunun mənasına görə İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs bir neçə xəstəlikdən əziyyət çəkərək borcunu səhhətinin imkan verdiyi hədlərdə işləyərək hissə-hissə ödəyəcəyi barədə tələbkar ilə razılaşmasını nəzərə alaraq əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Şəxs xəstədir və xəstəliyini təsdiq edən tibbi sənədlər məhkəmədə tədqiq edilərək sübutunu tapmışdır. Xəstəliyi ilə əlaqədar fiziki güc tələb edən işlərdə işləyə bilmir. Daşkəsən rayon Məhkəməsinin 2(030)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə hər uşaq üçün kəsilmiş 160 (bir yüz altmış) manat olmaqla,cəmisi 320 (üç yüz iyirmi) manat alimenti bu səbəbdən tam ödəyə bilmir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallara əsasən və xəstəliyi ilə əlaqədar borclu hər uşaq üçün 100 (bir yüz), cəmisi 200 (iki yüz) manat aliment ödənişinin edilməsi ilə bağlı cavabdehlə razılığa gəlmələri məhkəmə qərarının üzürsüz səbəbdən icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsinə əsas vermir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə borclunun hərəkətlərində İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(076)-813/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-813/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver