Məhkəmə qərarları › İş №3(076)-816/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-816/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-816/2025 18.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Yusifli Seymur Mübariz oğlu, X1 BDYPİnin EQ 29811041 saylı, 08 avqust 2025-ci il tarixli qərarından vermiş olduğu şikayəti və əlavə edilmiş materialı nəzərdən keçirib MÜƏYYƏNETDİM: X2, Şəmkir Rayon Məhkəməsinə müraciət edərək onun barəsində BDYPİ tərəfindən tətbiq edilmiş EQ 29811041 saylı, 08 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı şikayət ərizəsini və əlavə edilmiş materialı nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayət ərizəsi və əlavə edilmiş material öyrənilərkən müəyyən olunmuşdur ki, EQ 29811041 saylı, 08 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta hadisəsi X2 tərəfindən Ucar rayonu, Alpout kəndi ərazisində törədilmişdir. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərardan Şəmkir Rayon Məhkəməsinə şikayət verilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM–nin 110.1–ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi inzibati xəta hadisəsi Ucar rayonu, Alpout kəndi ərazisində törədilmiş, habelə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs şəxs X2 inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılmasına dair vəsatət verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7–ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir Qeyd olunanlara əsasən hesab edirəm ki, X1 BDYPİ-nin EQ 29811041 saylı, 08 avqust 2025-ci il tarixli qərarından vermiş olduğu şiayəti və əlavə edilmiş material baxılması üçün aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118 və 109–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: X1 BDYPİ-nin EQ 29811041 saylı, 08 avqust 2025-ci il tarixli qərarından vermiş olduğu şiayəti və əlavə edilmiş material baxılması üçün aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilsin. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar