Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-82/2025 18.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1980-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-337/2017 saylı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-1374/2015 saylı icra sənədi üzrə yaranmış 35960 manat borcunu üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə ödəməmiş və icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-337/2017 saylı qətnaməsi ilə cavabdeh Şəxs 53000 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)- 1374/2015 saylı məhkəmə əmri ilə xx.xx.1980-ci ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayan Şəxs və 1951-ci ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayan X2 əsas borc üzrə 942.87 (doqquz yüz qırx iki manat, səksən yeddi qəpik) manat, faiz borcu üzrə 63.47 (altmış üç manat, qırx yeddi qəpik) manat, cəmi 1006.34 (bir min altı manat, otuz dörd qəpik) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq müştərək qaydada kreditor “FİNCA Azerbaijan” X4 Bank Kredit Təşkilatına ödənilməsi əmr edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs icra sənədi üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)- 337/2017 saylı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-1374/2015 saylı icra sənədi üzrə yaranmış 35960 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-337/2017 saylı qətnaməsi ilə ondan 53000 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-1374/2015 saylı məhkəmə əmri ilə ondan və X2 əsas borc üzrə 942.87 (doqquz yüz qırx iki manat, səksən yeddi qəpik) manat, faiz borcu üzrə 63.47 (altmış üç manat, qırx yeddi qəpik) manat, cəmi 1006.34 (bir min altı manat, otuz dörd qəpik) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq müştərək qaydada kreditor “FİNCA Azerbaijan” X4 Bank Kredit Təşkilatına ödənilməsi əmr edilmişdir. Maddi imkanı olamadığı üçün borcunu ödəməmişdir. Hazırda borcundan 400 manat ödəniş edə bilər. Belə ki, özü heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-337/2017 saylı qətnaməsi ilə cavabdeh Şəxs 53000 manat məbləğində pul tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin çıxarılmasından 7 ildən artıq vaxt keçməsinə və dəfələrlə vaxt verilməsinə baxmayaraq, Şəxs ona olan borcunu ödəməkdən qərəzli şəkildə yayınmışdır. Hal-hazırda borcunu ödəməkdən qəsdən yayınır. Bu səbəbdən ondan şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Tələbkar “FİNCA Azerbaijan” X4 Bank Kredit Təşkilatına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)- 337/2017 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 53000 manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-337/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)- 1374/2015 saylı məhkəmə əmrindən görünür ki, xx.xx.1980-ci ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayan Şəxs və 1951-ci ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayan X2 əsas borc üzrə 942.87 (doqquz yüz qırx iki manat, səksən yeddi qəpik) manat, faiz borcu üzrə 63.47 (altmış üç manat, qırx yeddi qəpik) manat, cəmi 1006.34 (bir min altı manat, otuz dörd qəpik) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq müştərək qaydada kreditor “FİNCA Azerbaijan” X4 Bank Kredit Təşkilatına ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-1374/2015 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun və tələbkarın izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, tələbkarın şikayətçi olmasını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 18 fevral 2025-ci il tarixdən saat 13:05-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-82/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-82/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver