Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-820/2025 18.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X13 Məsail oğlunun sədrliyi, Xanalıyeva Nuray Fərəc qızının katibliyi, Şəmkir RPŞ-in İTB-in polis baş leytnantı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Şəmkir şəhəri, V.Xuluflu küçəsində yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş müvafiq olaraq 18 avqust 2025-ci il tarixli MN ******* nömrəli və 18 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə Şəmkir şəhəri Xəqani parkında ucadan ünvansız nalayiq ifadələr, söyüşlər söymüş, polisin qanuni tələbinə qəsdən məhəl qoymamışdır. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis baş leytenantı Elmir İsaqlı göstərdi ki, Zirəddin Qəhramanlı xx.xx.2025-ci il tarixdə Şəmkir şəhəri Xəqani parkında bazar günü olduğundan çox saylı vətəndaşların dincəldiyi zaman ağır dərəcəli sərxoş halda ucadan ünvansız çox ağır nalayiq ifadələr işlədərək ictimai qaydanı davamlı olaraq kobud surətdə pozmuşdur. Onun bu qanunsuzluqlarına son qoymaq üçün hadisə yerinə gələn polis əməkdaşları onu intizama dəvət etsələr də, o öz hərəkətlərinə nəzarət etmək iqtidarında olmayaraq, öz əxlaqsız hərəkətlərinə davam edərək, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Zirəddin Qəhramanlı ucadan ünvansız nalayiq ifadələr, söyüşlər söymüş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmaqdan boyun qaçırmasının səbəbi həmin gün 3- 4 litrə yaxın araq içməsi ilə bağlı olmuşdur və bu hərəkətlər 15-20 dəqiqə ərzində davam etmişdir.Tibbi müayyinnədən keçirilərək onun ağır dərəcədə sərxoş olması aşkar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zirəddin Qəhramanlı izahatında bildirdi ki, Moskvada işləyir. İki gündür ki, Vətənə qayıtmışdır. Məclisdə 3-4 litir araq içmiş, ağır vəziyyətdə sərxoş olmuşdur. Bu səbəbdən baş vermiş hadisəni xatırlamır, özündə olmadığını bildirir. Yadındadır ki, Şəmkir şəhərində olan Xəqani parkında hadisə baş vermişdir və o polislərə tabesizlik göstərmişdir. Törətdiyi əməldən peşmandır, bir daha təkrarlamayacağına söz verir. Məhkəmə iclasında şahidlər X10 və X1 RPŞ-in İTB-in polis baş leytnantı X6 verdiyi məlumata uyğun izahat verdilər. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zirəddin Qəhramanlı inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 21:15-də tutulmuşdur. İş materiallarına əlavə edilmiş 17 avqust 2025-ci il tarixli 733 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokulundan görünür ki, Zirəddin Qəhramanlı alkoqol sərxoşluğunun dərəcəsi 0.8 % promildir. Məhkəmə Şəmkir rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı İsaqlı Elmirin məlumatını, barəsində inzibati icraat aparılan Zirəddin Qəhramanlının izahatını, iş üzrə şahidlər X10 və X5 izahatlarını tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək və hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X2 törətdiyi əməldə İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Həmin maddələrlə ilə təqsirli bilinərək tənbeh edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də X4 İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, X4 inzibati tərkib olan hərəkətləri sərxoş halda olan şəxs kimi törətdiyindən İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutlmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tədbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın tşrədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, Zirəddin Qəhramanlının insanın fizioloji vəziyyətində ağır nəticə verə bilən, özünündə etiraf etdiyi kimi 3-4 litr spirtli içkidən istifadə etməsi təsirindən insan kimi özünü idarə etməsi və hərəktlərinə qiymət verilməsi hisslərini tam itirərək, 15-20 dəqiqə ərzində yuxarıda qeyd edilən hərkətlərə yol verərək, insanların dincəldiyi ictimai yer olan parkda törədərək, əxlaqsız hərəkətləri ilə insanlarda birgə yaşayış və mənəvi dəyərlərə açıq-aşkar hörmətsizlik etməsini nəzərə alaraq ona İXM-nin 510 və 535.1-ci maddələrində nəzərədə tutulmuş inzibati qaydada həbs növündə cəzanınn yuxarı həddində təyin edilməsini onun islah olunmasında və cəzanın məqsədinə nail olmasında zəruri hesab edir və göstərilənləri nəzərə alıb hesab edir ki, X3 İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə olan cəzanını yuxarı hədində inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında zəruri hesab edir. Şərh olunanlara əsaslanaraq və İXM-nin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən, saat 21:15-dən hesablansın. Qərarın icrası Şəmkir rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(076)-820/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-820/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver