Məhkəmə qərarları › İş №3(076)-823/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-823/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-823/2023 06.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Heydərov Cəmil Elxan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1983-cü ildə Şəmkir rayonu Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olan və yaşayan X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir ona görə ki, borclu Şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-1920/2018 saylı icra sənədinin icrasını həyata keçirən Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müxtəlif vaxtlarda göndərdiyi bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcunu ödəməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-1920/2018 saylı icra sənədinə əsasən borclu Şəxs 12 aprel 2018-ci il tarixdən başlayaraq, 25 iyun 2011-ci il təvəllüdlü Hüseyn və 07 fevral 2018-ci il təvəllüdlü Nihad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment alınıb X1 verilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs bildirişlər göndərilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməkdən imtina etmişdir. Ona görə də Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdimat verilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, o, borcunun olduğundan məlumatlıdır. X1 olan aliment borcundan indiyə kimi 1122 manat ödəniş etmişdir. Qalıq borcu icra məmuru hesablamışdır, 13520 manat edir. Onu da hər ay hissə hissə verə bilər. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-1920/2018saylı məhkəmə qətnaməsinə əsasən borclu Şəxs 12 aprel 2018-ci il tarixdən başlayaraq, 25 iyun 2011-ci il təvəllüdlü Hüseyn və 07 fevral 2018-ci il təvəllüdlü Nihad adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Şəxs məhkəmə sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayınır. Hazırda borclu Şəxs borcunu tam şəkildə tələb edir. Hİssə hissə ödənilməsinə razı deyil. Odur ki, Şəxs şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, onun özünün, tələbkarın və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İş materiallarından görünür ki, borclu məhkəmə qətnaməsi üzrə borcunu ödəməkdən qərəzli olaraq yayınır. Məhkəmə Şəxs borcunu maddi imkanı olmadığı üçün ödəməməsi kimi ifadələrini borcu ödəməkdən qəsdən yayınmaqla icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kimi qiymətləndirir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnamələrini qəsdən icra etməkdən boyun qaçırmasını nəzərə alır və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 06 iyun 2023-cü il tarixdən, 17:50-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar