Məhkəmə qərarları › İş №3(076)-824/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-824/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-824/2024 19.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İnzibati Xəta haqqında protokolu tərtib etmiş X5 və şikayətçi X6 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin Polis serjantı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X11 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,, 22 iyun saat 13 radələrində TOYOTA LC200 minik markalıə ** CY *** dövlət qeydiyyat nişanlı avtomobili Şəmkir şəhəri 13-cü küçədə idarə edərkən Şəmkir rayon Yol Patrul xidməti inspektoru polis serjantı X10 içki qəbul edib-etməməyini yoxlamaq üçün YPX-nin xidməti avtomobilinə dəvət etdi və qapının cibindən alkotestr aparatını çıxarıb dedi ki, bura üfürməlisən. O Polis əməkdaşına ucluğa hər cür adamın ağzı dəydiyini aparatın ucluğun dəyişdirilməsini tələb etmiş, polis əməkdaşı başqa ucluğun olmamasını bildirmişdir. Ona görə də o aparatın özünə üfürmüşdür. Polis əməkdaşı aparatı ona göstərmədən demişdir ki, spirtli içki qəbul etmişdir. O həkim tələb etmiş, bundan sonra polis əməkdaşları onun maşınını cərimə meydançasına salmışlar. Həkimə gedən zaman o avtomobildə pulunun olduğunu deyərək yoldan qayıdıb pulunu götürmüşdür. Həkimə gedərkən X12 adında özünün şəxsi həkiminə zəng edərək bildirmişdir ki, “vətəndaş gətirirəm, yoxlayıb yoluna qoyarsan.” Şəhər xəstəxanasının yaxınlığında həkimin evinə getmiş, həkim onların özlərinin aparatı ilə yoxlayaraq içkili olmasını bildirmişdir. O protokol tərtib edilməsini tələb etmişdir. Polis əmədaşı protokol yazılmasını və sistemə düşməsini bildirmiş, amma o protokolun verilməsini tələb etmiş, bundan sonra protokol tərtib edilib ona verilmişdir. Həmin hadisədən 1 saat sonra Gəncə şəhərində narkoloji dispanserə gedib sərxoşluğa şübhəyə görə müalicə olunduqda onun barəsində “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan müayinə haqqında 22 iyun 2024-cü il tarixli 2198/2024saylı protokol tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki, onun alkoqol sərxoşluğu təyin edilməmişdir. O olanlar barədə “102” xidmət mərkəzinə zəng edib məlumat vermişdir. Lakin bununla əlaqədar heç bir tədbir görülməmişdir. Qeyd edilənləri nəzərə alaraq qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat vermiş İnzibati Xəta haqqında protokolu tərtib etmiş X9 bildirmişdir ki, 22 iyun saat 13 radələrində TOYOTA LC200 minik markalı ** CY *** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq sürücü X1 vəziyyəti yoxlanılmış, şəxsin sərxol olması müəyyən edilmişdir. Bundan sonra şəxs sərxoş olmamasını və həkim müayinəsini tələb etmiş, həkim müayinəsinə aparılan zaman həkim müayinəsində də şəxsin sərxoş olması müəyyən edilmişdir. X3 barəsində protokol tərtib olunaraq barəsində qərar qəbul edilmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X4 izahatında göstərdi ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında həkim narkoloq vəzifəsində işləyir. X11 22 iyun 2024–cü il tarixdə polis əməkdaşı tərəfindən ona təqdim edilmiş və sərxoşluğunun müəyyən edilməsi üçün müayinədən keçirilməsini bildirmişdir. Lakin onların aparatı sertifikasiyaya getdiyi üçün şəxsin həkim müayinəsindən keçirilməsi mümkün olmamış, bununla belə o, alkotestr yoxlamasından keçirilmiş və sərxoşluq dərəcəsinin 0.45 promil olduğu müəyyən olunmuşdur. Həmin yoxlama nəticəsində müayinə aktı tərtib etmişdir. Əlavə olaraq qeyd edir ki, spirtli içkilər tərkibindən asılı olaraq 24 saat müddətində şəxsin orqanizmində qalır və tədricən vaxt keçdikcə təsiri azalır. Bundan başqa bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının təsdiq edilməsi” barədə xx.xx.2014–cü il tarixli Qərarına əsasən müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadıqda, təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim etməli, bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Buna baxmayaraq, X11 tibbi müayinənin nəticəsi ilə razı olmaması və təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim etməmişdir. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 İXM-in 327.1 və 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 450 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X6 0,45 promilli sərxoşluq vəziyyəti vardır. İş materiallarında əlavə edilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X2 müəyyən edilməmiş, ayıq olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Belə ki, Azərbaycan Respublikası İXM-in 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Belə ki, şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş olması halı işə əlavə edilmiş videoyazı və işə əlavə edilmiş digər sübutlarla təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis serjantı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis serjantı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar