Məhkəmə qərarları › İş №3(076)-824/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-824/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-824/2025 05.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir rayon polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru X1 və şikayətçi X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu Polis Kiçik serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis kiçik serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X5 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində DİN-in Şəmkir Rayon yol patrul xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən İXP7245174 saylı inzibati xata haqqında protokol tərtib edilmişdir. Protokolda qeyd olunmuşdur ki, guya tərəfindən İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində göstərilən inzibati xətalar yol verilib. Bu barədə xx.xx.2025-ci il tarixli inzibati xata haqqında qərar qəbul edilmiş, o İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində göstərilən inzibati xətaları törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. O həmin tarixdə ümumiyyətlə spirtli içki qəbul etməmiş və bu barədə öz iradını polis əməkdaşlarına bildirərək, alkotesterin nəticəsi ilə razı olmadığını qeyd etmiş, lakin onun həkim müayinəsindən keçirilməsindən imtina edilmişdir. O həmin dəqiqələrdə bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə də müraciət etmiş, lakin yenə də məhəl qoyulmamışdır. Barəsində protokol tərtib edildikdən sonra ən qısa zamanda, yəni bir neçə saat ərzində öz təşəbbüsünlə hakim müayinəsindən keçmiş və onun ümumiyyətlə spirtli içki qəbul etməməyi hakim arayışı ilə də öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu Polis Kiçik serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin Polis kapitanı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəmkir rayon polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru X3 şikayəti əsassız hesab edərək, izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman, X9 111 CDİ minik markalı 20ER860 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılmış, sürücünün sərxoşluğu xüsusi texniki vasitə ilə yoxlanılan zaman sərxoşluq dərəcəsi 0.33 promilli müəyyən edilmişdir. Nəqliyyat vasitəsini idarə edən X5 bir gün əvvəl içməsini bildirərək sərxoşluğun müəyyən edilməsi üçün əlavə tibbi müayinəyə ehtiyacının olmadığını bildirmişdir. Bu səbəbdən də inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq qərar qəbul edilmişdir. Qərar tam qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis kiçik serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 329.1 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş alkotestr qəbzindən görünür ki, X2 0.333 promilli sərxoşluq vəziyyəti vardır. Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsinə əsasən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X5 şikayətində göstərmişdir ki, həmin gün o, heç bir spirtli içki qəbul etməmiş, hətta onun spirtli içki içib-içməməsi alkotestr vasitəsilə də yoxlanılmamışdır. Lakin məhkəmə iclasında DVD diskdə əks olunmuş video-yazıya baxılarkən görünmüşdür ki, şəxs alkotestrin nəticəsi ilə tanış olmuş, “Go” adlı alkoqollu içkini qəbul etdiyini bildirmiş və sərxoşluğun müəyyən edilməsi barədə tərtib olunmuş təsdiqedici nəticə ilə tanış olmuş, həkim müayinəsinə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-in 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini əks etdirən DVD diskdə olan videoyazıdan görünür ki, X8 bir gün spirtli içki içməsini bildirmiş, xüsusi texniki vasitə ilə yoxlanılmış, 0,3 promillidən artıq, yəni 0.333 promilli olmuş, xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə tanış olmuş və tibbi müayinəyə getməkdən imtina etmişdir. Belə ki, şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş olması halı işə əlavə edilmiş videoyazı və işə əlavə edilmiş digər sübutlarla təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis serjantı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis kapitanı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar