Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-828/2025 08.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Məsail oğlunun sədrliyi Xanalıyeva Nuray Fərəc qızının katibliyi X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EP ******* və EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankının vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EP ******* və EP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarları ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 135.239.62 Rusiya rublu və 392.464.61 Rusiya rublu məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikasının Mərkəzi Bankının vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli EP ******* və EP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarlarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına və barəsində qərar çıxarılmış X2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də, X3 məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxıkmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin və X1 iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. Barəsində qərar çıxarılmış X3 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının EP ******* nömrəli, xx.xx.2025-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, X3 4189943.30 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 3,646,838.78 Rusiya rublu məbləğində olan hissə bəyan olunmamışdır. Təqdim edilmiş sənədlər əsasında bu vəsaitin yalnız 2,294,442.54 Rusiya rublu dəyərində malların **********1725 saylı gömrük bəyannaməsi ilə ölkəyə idxal edilməsi faktı öz təsdiqini tapmışdır. Qalan 1352396.24 Rusiya rublu məbləğində vəsait hesabına mallar ölkəyə idxal edilməmiş və valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə törədilmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətalar törədildiyinə görə barəmdə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. 1) 24 may 2023-cü il tarixində 4,189,943.30 Rusiya rublu məbləğində qabaqcadan köçürülmüş ödənişin bəyan edilməyən 3,646,838.78 Rusiya rublu hissəsi ilə əlaqədar; 2) 20 iyun 2023-cü il tarixində 3,924,646.08 Rusiya rublu məbləğində qabaqcadan köçürülmüş ödənişin bəyan edilməyən 3,924,646.08 Rusiya rublu hissəsi ilə əlaqədar. EP ******* nömrəli qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə, inzibati xətanın bilavasitə obyekti olmuş 1352396.24 Rusiya rublu valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 135,239.62 Rusiya rublu məbləğində cərimə edilmişdir. EP0257070 nömrəli qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə, inzibati xətanın bilavasitə obyekti olmuş 3924646.08 Rusiya rublu valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 392,464.61 Rusiya rublu məbləğində cərimə edilmişdir. Göstərilən əsaslara görə Mərkəzi Bank tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EP ******* və EP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarları qərarları qanuni hesab edilə bilməz, ona görə də həmin qərarların ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə, inzibati xətanın bilavasitə obyekti olmuş 1352396.24 Rusiya rublu valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 135,239.62 Rusiya rublu məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə, inzibati xətanın bilavasitə obyekti olmuş 3924646.08 Rusiya rublu valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, yəni 392,464.61 Rusiya rublu məbləğində cərimə edilmişdir. X3 4189943.30 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 3,646,838.78 Rusiya rublu məbləğində olan hissə bəyan olunmamışdır. Təqdim edilmiş sənədlər əsasında bu vəsaitin yalnız 2,294,442.54 Rusiya rublu dəyərində malların **********1725 saylı gömrük bəyannaməsi ilə ölkəyə idxal edilməsi faktı öz təsdiqini tapmışdır. Qalan 1352396.24 Rusiya rublu məbləğində vəsait hesabına mallar ölkəyə idxal edilməmiş və valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə törədilmişdir. Ona görə də X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmədə müəyyən edilir ki, 4189943.30 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 3,646,838.78 Rusiya rublu məbləğində olan hissə bəyan olunmamışdır. Təqdim edilmiş sənədlər əsasında bu vəsaitin yalnız 2,294,442.54 Rusiya rublu dəyərində malların **********1725 saylı gömrük bəyannaməsi ilə ölkəyə idxal edilməsi faktı öz təsdiqini tapmışdır. Qalan 1352396.24 Rusiya rublu məbləğində vəsait hesabına mallar ölkəyə idxal edilməmiş və valyuta vəsaiti geri qaytarılmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X3 düzgün olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EP ******* və EP ******* nömrəli inzibati tənbeh vermək haqqında qərarlarla cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EP ******* və EP ******* saylı inzibati tənbeh vermək haqqında qərarlar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(076)-828/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-828/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver