Məhkəmə qərarları › İş №3(076)-833/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-833/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-833/2025 08.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 9 saylı X4 nümayəndəsi X10 iştirakı ilə, xx.xx.1966-cı il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan ( FİN xxxxxxx və xx.xx.2008-ci il tarixli, ********** nömrəli vöen) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələri ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 9 saylı X3 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 9 saylı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.1.2 və 264.0.3-cü maddələri ilə 21 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən 18 avqust 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisindən keçən Şəmkirçay çayının akuatoriyasinin öz başına tutularaq çay yatağından qumçınqıl təbəqəsini çıxarılması faktı aşkar edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 9 saylı X4 nümayəndəsi X18 məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 9 saylı X4 Aparıcı məsləhətçi-müfəttiş X19 tərəfindən 18 avqust 2025-ci il tarixdə Şəmkir rayonuun inzibati ərazisində Su qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyətinin araşdırlması məqsədi ilə keçirilən nəzarət tədbirləri zamanı Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisindən keçən Şəmkirçay çayının ərazisində vəzifəli şəxs hesab edilən Şəxs tərəfindən çay yatağını özbaşına tutaraq və su mühafizəsi zonasında və sahil mühafizə zonalarına riayət etməməklə Azərbaycan Respublikası Su qanunvericiliyinin tələbləri pozması müəyyən olinmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələrinə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmişdir, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 001823 saylı aktdan görünür ki, 9 Saylı X4 xx.xx.2025-ci il tarixli, 0010 saylı Sərəncamına əsasən, 9 saylı X9 üzrə mühəndis X11 məlumatına uyğun olaraq, X23 Sisteminin İstehsalat İdarəsinin nümayəndəsi Nicat Cəfərovun iştirakı ilə Şəmkir rayonu, Çinarlı qəsəbəsində (koordinad 40.7956263 46.106 5755) fəaliyyət göstərən qumçınqıl karxanasına baxış keçirilmiş, Baxış zamanı sözü gedən qum—çınqıl karxanasının Şəxs rəhbərliyi ilə fəaliyyət göstərdiyi məlum olmuşdur. Sözügedən qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılan araşdırma zamanı karxana fəaliyyəti ilə əlaqədar apardığı qırıntı işlərini Şəmkirçay çayının xüsüi hidrotexniki qurğu ilə ayrılan 1,75 km uzunluğunda, 67 ha sahanin suvarılmasını təmin edən “Qara arx” suvarma kanalının 60 m məsafəsində rekultivasiya işləri aparılmadan 3,61 ha sahəsinin 6-7 m dərinlikdə qazıldığı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs səlahiyyətli nümayəndəsi X17 izahatında Şəmkirçay çayının akvatoriyasında aparılan qırıntıların qanunsuz aparıldığının fərqində olduğunu bilməmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası “Su Məcəlləsi”nin 103-cü maddəsinin tələbləri pozulmuşdur. İnzibati xəta haqqında 21 avqust 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, X19 tərəfindən Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisindən keçən Şəmkirçay çayının akuatoriyasinin öz başına tutularaq çay yatağından qumçınqıl təbəqəsini çıxarılması faktı aşkar edilmişdir. İş materiallarında olan etibarnamədən görunur ki, X1 Tahir İslam oğluna 10 il müddətinə, yəni xx.xx.2033-cü ildək etibarnamə vermişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, X2 Kəmalə Oruc qızının həyat yoldaşıdir. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, X5 adına xx.xx.2008-ci tarixdən ********** saylı VÖEN mövcüddür. Məhkəmə iclasında tədqiq edilmiş materiallar ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXMnin 262.1.2 və 264.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Su Məcəlləsinin 1-ci maddəsinə əsasən su obyekti — relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji strukturdur. Su Məcəlləsinin 38-ci maddəsində göstərilmişdir ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında texniki qurğular və avadanlıqlar tətbiq etməklə əhalinin içməli su, məişət, müalicə, sağlamlaşdırma və başqa ehtiyaclarını, habelə kənd və meşə təsərrüfatı, sənaye, energetika, nəqliyyat, balıqçılıq və digər dövlət və ya ictimai ehtiyacları ödəmək məqsədi ilə həyata keçirilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Həmin məcəllənin 40-cı maddəsinə əsasən su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. Həmin məcəllənin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 262.1.2-ci maddəsinə əsasən su obyektlərinin özbaşına tutulması ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir . Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətadır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə və həmin maddənin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından görünür ki, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi qeydiyyata alınmışdır. Belə olan halda hesab edirəm ki, Şəxs protokolda göstərilən inzibati xətanın subyekti olaraq vəzifəli şəxs hesab olunmalı və ona vəzifəli şəxslər üçün nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə 264.0.3-cü maddəsinin sanksiyası çərçivəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar