Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-834/2025 01.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X13 Məsail oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xanalıyeva Nuray qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su X3 İstifadəsinə və X5 Xidməti (bundan sonra DSEASİMDNX-i) 9 Saylı X2 nümayəndəsi X6 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 262.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su X3 İstifadəsinə və X5 Xidməti 9 Saylı X1 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: DSEASİMDNX-i 9 Saylı X4 tərəfindən Şəxs barəsində İXM-in 262.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən X9 tərəfindən Şəmkir rayonu Kür qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində Kür qəsəbəsini içməli su ilə təmin edən şəbəkəyə d=25 mm-lik qanunsuz qoşulma halı aşkar edilmişdir. Bununla da, Şəxs tərəfindən İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməli törədilmişdir. Məhkəmə iclasında iştirak edən bundan sonra DSEASİMDNX-i 9 Saylı X2 nümayəndəsi X10 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, 20 avqust 2025-ci il tarixində onun iştirakı ilə Şəmkir rayonu Kür qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində Şəmkir rayonu Kür qəsəbəsini içməli su ilə təmin edən su şəbəkəsinə d=25 mm-lik qanunsuz qoşulma faktı aşkar edilmişdir.Araşdırma zamanı aşkar edilmiş qanunsuz qoşulma faktı X9 tərəfindən törədilmişdir. Nəticədə Şəxs tərəfindən Su məcəlləsinin 105-ci maddəsinin, su təchizatı və tullantı suları haqqında qanunun 67-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Şəmkir şəhəri, Kür qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində yerləşən sahəsi 36 kv olan obyektin mülkiyyətçisidir və hazırda obyekt onun tərəfindən ayı 200 manata Vayfay şirkətinə icarəyə verilmişdir. İcarəçilərin istifadəsi üçün yaxınlıqda yerləşən su şəbəkəsindən obyektə metir yarımlıq su borusu qoşuludur. Qeyd edilmiş su şəbəkəsindən 25 nəfərin istifadə etdiyini bildirir. Vaxtı ilə su idarəsinin müdürü ilə razılaşılmış, bunun əsasında sudan istifadə edilmişdir. Özləri sayğacın quraşdırılmasını tələb etmiş, lakin bu günədək sayğacın quraşdırılması yubadılmışdır. Barəsində protokol tərtib edilib, agentlik tərəfindən su sayğacından istifadə qaydası barədə məlumatlandırıldıqdan sonra Asan xidmətə sayğacın quraşdırılması ilə bağlı müraciətlər edimişdir.Yaxın günlərdə quraşdırılacağı bildirilmişdir. Onun törətdiyi əməlindən səmimi peşimancılığ kecirdiyini, pensiyada olan zabit olduğunu və ilk dəfə bu əməli törədilməsini yüngülləşdirici hallar kimi qiymətləndərilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədələr: xx.xx.2025-ci il tarixli, 001821 saylı aktdan görünür ki, bundan sonra DSEASİMDNX-i 9 Saylı X2 əməkdaşları tərəfindən Şəmkir rayonu, Kür qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində 40,9079882;46,1797958 koordinatlarında, Şəmkir rayonu Kür qəsəbəsini içməli su ilə təmin edən su şəbəkəsinə qanunsuz qoşulma faktı müəyyən edilmişdir. Araşdırılma zamanı aşkar edilən qanunsuz qoşulma faktı Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən Şəmkir rayonu Kür qəsəbəsi M.Ə.Rəsulzadə küçəsində Kür qəsəbəsini içməlisu ilə təmin edən şəbəkəyə d=25 mm-lik qanunsuz qoşulma halı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə sübuta yetirilmişdir ki, Şəxs İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Su Təchizatı və Tullantı suları haqqında Azərbaycan Respublikası qanunun 24-cü maddəsinə əsasən su təchizatı sisteminə qoşulmağa qoyulan tələblər.
1. Su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan aşağıdakıları rəsmi qaydada tələb edə bilər: a) su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını; b) hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını; c) su təchizatı xidmətlərinin göstərilməsi üçün zəruri işlərin görülməsini. ; d) su təsərrüfatı pasportunun tərtib edilməsini.[18] Bu qanunun 67-ci maddəsinə əsasən qanunsuz qoşulma;
1. Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır.
2. Küçələrdə quraşdırılmış supaylayıcı kranlarından suyu ancaq məişət (təsərrüfat) içməli məqsədlər və ya su təchizatı müəssisəsi tərəfindən müəyyənləşdirilmiş digər məqsədlər üçün götürməyə icazə verilir. Su məcəlləsinin 103-cü maddəsinə əsasən Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; su toplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi əməlindən səmimi peşimancılığ kecirdiyini, pensiyada olan zabit olduğunu və aşkar olunan qanunsuzluğu aradan qaldırmağa etdiyi real addımları məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edərək və məsuliyyətini ağırlaşdıran halların olmağını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində İXM-nin 262.3-cü maddəsinin sanksiyasının hədləri daxilində açağı həddə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər.
Hakim: İlqar Quliyev