Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-838/2024 10.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Şəmkir rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi Ülfət Abbasəliyev tərəfindən Şəxs əməlində Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Nahidə Bayramova barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati icraatın başlanılmasına qərar vermişdir. Şəmkir Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq fiziki ağrı yetirmişdir. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X3 izahat verərək bildirdi ki, 30 may 2024-cü il tarixdə Şəmkir Rayonu X.İbrahimov küçəsində fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs ilə Şəxs arasında olan şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Ü.Abbasəliyev tərəfindən Şəxsn barəsində inzibati icraat başlanılmışdır. O, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun xalasıdır. Əvvəllər müxtəlif səbəblərdən aralarında mübahisə yaranmış, hadisə olan günü xx.xx.2024-cü il tarixdə o, anasının evinə getdiyi zaman Zərərçəkmiş şəxs ora gəlməməsini bildirdikdə aralarında yenidən mübahisə olmuş, o Nahidəni vurmamış və döyməmişdir. Buna görə də hesab edir ki, onun barəsində olan icraata xitam verilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onun bacısı oğludur. Müxtəlif səbəblərdən aralarında mübahisələr yarandığından münasibətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə bacısının evinə geden zaman bacısı oğlu gəlib onu burada görüb əsəbləşmişdir və üzərinə doğru gəlmişdir. O əlləri ilə boğaz nayihəsindən tutaraq sıxmağa başlamış və yumruqla sifət nayihəsinə vurmuşdur. Hazırda Şəxs şikayətçidir və onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 20 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəmkir Rayon Polis X2 təhqiqatçısı, polis mayoru X6 tərəfindən X4 müraciəti əsasında Şəxs tərəfindən döyülməsi barədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Şəmkir Rayon Şöbəsinin İTB-nin polis sahə rəisinə göndərilməsi qərara alınmışdır. “İnzibati xətaya dair icraat başlamaq haqqında” 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi, polis mayoru Eldəniz Heydərov tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2024-cü il tarixli 476 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ almacıq nahiyəsinin şişkinlik fonunda qançırı, çənəaltı nahiyənin, sağ və sol Aid nahiyəsinin aşağı üçdə birinin ön səthinin sıyrıqları KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarında olan doğum haqqında şahadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 30 iyun 1970-ci il tarixdə doğulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, özünün qismən etirafedici izahatı, eyni zamanda məhkəmə prosesi zamanı elan edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli izahatı, məhkəmə-tibbi-ekspertizasının rəyi və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 ( üç yüz ) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-838/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-838/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver