Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-838/2025 29.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, İnzibati tənbeh tətbiq etmə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə dair materialı nəzərdən keçirib MÜƏYYƏNETDİ: X3 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər baxılmadan X1 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X2 EQ 30017251 nömrəli, xx.xx.2025-ci il tarixli, X4 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan şikayət vermişdir. Məhkəmə hesab edir ki, qeyd olunan qərar X4 barəsində qəbul edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən qərardan yalnız barəsində qərar çıxarılmış fiziki şəxsin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxsin, müdafiəçi və nümayəndənin şikayət vermək hüququ müəyyən edildiyindən təqdim edilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, şikayət məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli, şikayət geri qaytarılmalı və izah edilməlidir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra o, şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququna malikdir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnzibati tənbeh tətbiq etmə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin, şikayət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın. X1 qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardan şikayət verilə bilməz. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-838/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-838/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver