Məhkəmə qərarları › İş №3(076)-839/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-839/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-839/2023 08.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh оьлунун сядрлийи Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir RPŞ-nin Zəyəm PB-nin polis sahə rəisi: X4 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1994-cü илдя Şəmkir rayonu, Zəyəm qəsəbəsində aнадан олмуш, Азярбайжан Республикасы вятяндашы, орта тящсилли, subay, işsiz, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin qəsəbədə йашайан Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 27 aprel 2023-cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası nzibati Хətalar Мəcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs щямин инзибати хятаны тюрятмяси zərərçəkmiş şəxsin izahatı вя ишдя олан сянядлярля tam тясдиг олунmuşdur. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs nəvəsi Sevindiklə evlənərək ailə qurmuş, lakin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Bundan sonra Sevindiyin nənəsi Zərərçəkmiş şəxs bir neçə dəfə onların evinə gələrək bəzi əşyalar götürmüşdür. 27 aprel 2023-cü il tarixdə də Zərərçəkmiş şəxs onların yaşadığı Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən evinə gəlmiş və otağa keçmək istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs otağa buraxmamış və aralarında sözlə mübahisə yaranmışdır. Lakin aralarında mübahisə olmasına baxmayaraq, o, Zərərçəkmiş şəxs vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı göstərdi ki, Şəxs təxminən 1 il əvvəl onun nəvəsi Sevindiklə evlənərək ailə qurmuş, lakin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. 27 aprel 2023-cü il tarixdə nəvəsinə məxsus paltarları götürmək üçün Şəxs yaşadığı evə getmişdir. Lakin Şəxs və onun digər ailə üzvləri onunla mübahisə etmiş, mübahisə vaxtı Sənan onu vuraraq xəsarət yetirmişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, oğlu Şəxs təxminən 1 il əvvəl Zərərçəkmiş şəxs nəvəsi Sevindiklə evlənərək ailə qurmuş, lakin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Bundan sonra Sevindiyin nənəsi Zərərçəkmiş şəxs bir neçə dəfə onların evinə gələrək bəzi əşyalar götürmüşdür. 27 aprel 2023-cü il tarixdə də Zərərçəkmiş şəxs onların yaşadığı evə gəlmiş və otağa keçmək istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs otağa buraxmamış və aralarında sözlə mübahisə yaranmışdır. Lakin aralarında mübahisə olmasına baxmayaraq, oğlu Sənan Zərərçəkmiş şəxs vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Nazani qərəzli şəkildə Sənan barəsində polisə müraciət etmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 430 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sol yanağın sıyrığı və sağ bud nahiyəsinin aşağı üçdə birinin ön səthinin qançırları kimi xəsarətlər aşkar edilmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə, Şəxs zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşır, onun izahatını özünü müdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Eləcə də, iş materiallarında olan ekspert rəyi ilə də Şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilməsi sübut olunmuşdur. Həmçinin, məhkəmə şahid ifadəsinə qiymət verərək qeyd edir ki, şahid qismində dindirilmiş X1 Allahverdiyevin doğma anası olmaqla, işin gedişatında və oğlunun məsuliyyətdən yayınmasında maraqlıdır. Belə olan halda məhkəmə həmin şahid ifadəsini sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev Иш № 3(076)-839/2023 ГЯРАРДАД (инзибати хята щаггында ишин бахылмаьа щазырланмасы щаггында) ŞƏMKİR RAYON MƏHKƏMƏSİ 08 iyun 2023-ъü ил Şəmkir шящяри Мян, Şəmkir Rayon Мящкямясинин щакими Musayev Taleh Valeh оьлу Şəmkir Rayon Мящкямясинин иъраатында олан Şəxs Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 157-ъi маддяsиндя нязярдя тутулан инзибати хятаны тюрятмясиня даир ишин материалларыны нязярдян кечириб М Ц Я Й Й Я Н Е Т Д И М: Инзибати хята щаггында ишин материалларындан эюрцнцр ки, Şəxs 27 aprel 2023-cü il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Ишин бахылмасы Şəmkir Rayon Мящкямясинин сялащиййятляриня аиддир, ишин щаким тяряфиндян бахылмасыны истисна едян щаллар мювъуд дейил, инзибати хята щаггында ишин материаллары Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин тялябляриня мцвафиг олараг тяртиб едилмишдир, ишин иъраатыны рядд едян щаллар мювъуд дейил, мащиййяти цзря бахылмасы цчцн ишдя кифайят гядяр сцбутлар топланмышдыр, иш цзря вясатятляр вя етираз йохдур. Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 111.3-ъü маддясиня ясасян inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Одур ки, инзибати хята щаггында иш цзря мящкямя иъласы 08 iyun 2023-ъü ил тарихя саат 17:35-ə тяйин едилмяси мягсядя мцвафигдир. Йухарыда эюстярилянляря ясасян вя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 106-ъы, 109-ъу və 111-ъи маддялярини рящбяр тутараг ГЯ РА РА А Л Д Ы М : Şəxs барясиндя олан инзибати хята щаггында ишин мящкямя иъласы Şəmkir шящяриня, Şəmkir Rayon Мящкямясинин бинасына 08 iyun 2023-ъü ил тарихя саат 17:35-ə тяйин едилсин. Ишин мящкямя иъласында инзибати хята тюрятмиш шяхс Şəxs, Zərərçəkmiş şəxs və inzibati protokol tərtib etmiş şəxsin иштираклары тямин едилсин. Щаким: Taleh Musayev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ AZ 5700, Şəmkir şəhəri, Heydər Əliyev pr–2 Tel. (02230) –5–74–07 № 3(076)-839/2023 « 08 » iyun 2023–cü il Zərərçəkmiş şəxs Tovuz rayonu, Əyyublu kəndi surəti: Şəxs Şəmkir rayonu, Zəyəm qəsəbəsi Жцьлшк Кфнщт Ьцрлцьцыштшт 08 iyun 2023-сü шд ефкшчдш, 3(076)-839/2023 ыфндэ йцкфкэnın surəti məlumat üçün Ышяц пбтвцкшдшк. Йщжьф: qərar «03» мцкцйцвц Ьцрлцьцтшт hakimi Taleh Musayev № 3(076)-839/2023 « 08 » iyun 2023–cü il Zərərçəkmiş şəxs Tovuz rayonu, Əyyublu kəndi surəti: Şəxs Şəmkir rayonu, Zəyəm qəsəbəsi Жцьлшк Кфнщт Ьцрлцьцыштшт 08 iyun 2023-сü шд ефкшчдш, 3(076)-839/2023 ыфндэ йцкфкэnın surəti məlumat üçün Ышяц пбтвцкшдшк. Йщжьф: qərar «03» мцкцйцвц Ьцрлцьцтшт hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar