Məhkəmə qərarları › İş №3(076)-839/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-839/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-839/2024 11.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Əhməd oğlunun iştirakı ilə xx.xx.1979-cu il tarixdə Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Yeni-Göyçə kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Əhməd oğlunun Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Əhməd oğlu, 09 may 2024-cü il tarixdə Şəmkir rayonu Yeni-Göyçə kəndində yaşayan Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Əhməd oğlu Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. X1 həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin və şahidlərin izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X4 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə Şəmkir RPŞ-yə müraciət edərək xx.xx.2024-cü il tarixdə həmkəndlisi Şəxs Əhməd oğlunun onu döyməsini bildirmişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-nə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Əhməd oğlunun Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs Əhməd oğlunun barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs Əhməd oğlu özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində həmkəndlisi Kərimov Sarvanla birlikdə dönərxanaya getmişdir. Həmin vaxt tanışı Firuz da orada olmuşdur. O, dönərxanadakı satıcıdan sobada bişməkdə olan üç ədəd qrilin kimə məxsus olduğunu soruşduqda satıcı sifarişin ikisinin Firuza məxsus olmasını demişdir. O, Firuza sifarişinin birini ona verməsini xahiş etmiş, Firuz isə razılaşmışdır, lakin qril bişdikdən sonra onu verməkdən imtina etmişdir, buna görə də aralarında narazılıq yaranmış və əlbəyaxa olmuşlar. Həmin yerdən çıxıb getdikdən sonra Firuz və onun həyat yoldaşı Ceyran ilə mübahisə etmişlər və o, Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmuşdur o isə yerə yıxılmışdır. Hazırda əməlindən peşmandır, əsəbi olmuşdur, bundan başqa zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışmışdır. Odur ki qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə olarkən həyat yoldaşı Firuz evə gələrək ona demişdir ki, Zülfiqar onu içkili halda döyüb təhqir etmişdir və bu hadisəni Zülfiqarın həyat yoldaşına bildirməsini demişdir. Bir müddət sonra Zülfiqar onların yaşadığı evə gələrək evin qapısını təpikləməyə başlamışdır. Həmin vaxt o, qapını açdıqda Zülfiqar onun baş nahiyəsinə vurmuş və o, yerə yıxılmışdır. Daha sonra bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Hazırda Zülfiqar ona dəymiş ziyanı ödəmişdir və barışmışlar buna görə də ondan şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 22 may 2024-cü il tarixli, 450 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ saidin aşağı üçdə birinin sıyrıqları KÜT əşyanın təsirindən törənmişlər, törənmə müddəti 09 may 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədə Zərərçəkmiş şəxs Şəxs Əhməd oğlunun ona dəymiş ziyanı tam şəkildə ödədiyini və onunla barışdığı üçün, şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Şəxs Əhməd oğlu tərəfindən verilmiş ərizədə Zülfiqar Xuduyev Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödədiyini və onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbi olmadığını bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırkı inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əhməd oğlu zərər çəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs ilə zərər çəkmiş şəxs Şəxs Əhməd oğlu barışmışlar. Zərər çəkmiş şəxsin hazırda Şəxs Əhməd oğlundan heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Əhməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar