Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-840/2023 12.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Şəmkir Rayon Polis X6 Bölməsinin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis X6 Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis X6 Bölməsindən İTB-nin polis sahə rəisi Mehman Musayev tərəfindən Şəxs əməlində Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraatın başlanılmasına qərar vermişdir. Şəmkir Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə Şəxs Zəyəm qəsəbəsində Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X5 izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs, əslən Zəyəm qəsəbəsindən olduğunu, Tovuz rayonu Əyyublu kəndində yaşadığını, təxminən bir il üç ay əvvəl nəvəsi Sevindikin, yaxın qohumu, dayısı nəvəsi Sənan ilə evləndiyini, əvvəllər normal münasibətdə yaşadıqlarını, ailə üzvləri Sevindiki uşaqları olması üçün müalicəyə aparmadıqlarına görə aralarında narazılıq olduğunu, xx.xx.2023-cü il tarixdə Sevindiki gətirib evlərinə düşürüb xasiyyətləri, sözləri tutmadığı üçün ayrılmaq fikrində olduqlarını, onu müalicə eltdirmə istəmədiklərini ifadə edib eri qayıtdıqlarını, xx.xx.2023-cü il tarixdə Sevindiki həkimə aparmaq üçün Sevindiklə ərinin otaqlarından paltarlarını götürmək məqsədilə Şəmkir rayonu, Zəyəm qəsəbəsinə, gəldiyini, aralarında yaranmış mübahisə zamanı Sevindikin əri Sənanla, qayınanası Ülkərin onu döydüklərini, hadisə nəticəsində bədənin müxtəlif nahiyələrindən xəsarət aldığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, oğlu Sənanın 23.02. 2023-cü il tarixdə Tovuz rayonu Əyyublu kənd sakini Sevindik Fəzail qızı ilə ailə qurduğunu, ailə qurduqdan sonra birlikdə yaşadıqlarını, Sevindiklə sözləri, xasiyyətləri tutmadığına, uşaqları olmadığına görə xx.xx.2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə Sevindiki aparıb ailəsinə təhvil verdiklərini, ayrılmaq fikrində olduqlarını dilə gətirdiklərini, bundan sonra Sevindikin nənəsi Nazaninin bir neçə dəfə gəlib otaqlarından bəzi əşyaları götürdüyünü, xx.xx.2023-cü il tarixdə yenə otaqlarına keçmək üçün gəldiyi vaxt onu otaqlarına buraxmadıqlarına görə aralarında mübahisə yaşadığın, ancaq məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə xarakterli izahat verərək dalaşmadıqlarını, nazanini, döymədiyini, sonuncunun onun və oğlunun barəsində yalan qərəzli verdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 27. 04.2023-cü il tarixdə saat 11;15 radələrində qızı Yeganənin kürəkəni X1 və onun anası Şəxs onu döymüşlər. Sənan və Ülkər üstünə hücum edərək onu əlləri, ayaqlar ilə döyüblər, nalayiq ifadələr işlədib təhqir ediblər. O, onların əlindən çıxıb yola qaçıb, təsadüfən ətrafdan keçən maşınla Zəyəm polis bölməsinə gəlib ərizə ilə müraciət etmişdir. Hazırda şikayətçidir və inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 30 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X1 və Şəxs barələrində cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2023-cü il tarixli 430 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər -sol yanağın sıyrığı və sağ bud nahiyyəsinin aşağı üçdə birinin ön səthinin qançırları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 27 aprel 2023-cü il tarixə uyğun gəlir. Sağalmlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələr təyin edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, özünün qismən etirafedici izahatı, eyni zamanda məhkəmə-tibbi-ekspertizasının rəyi və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Ü. Allahverdiyeva zərərçəkmiş şəxs ilə onların yaşadığı fərdi yaşayış evində mübahisə etdiyini, mübahisə zamanı Buna görə də Ü. Allahverdiyevanın zərərçəkmiş şəxsi döyərək ona xəsarət yetirməsi, beləliklə də İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 350 ( üç yüz əlli ) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-840/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-840/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver