Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-841/2023 09.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Aslanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)- 736/2022 saylı 14 mart 2022-ci il tarixli icra sənədi üzrə 1016.70 manat borcun və 30 manat dövlət rüsumunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-736/2022 saylı 14 mart 2022-ci il tarixli icra sənədində cavabdeh Şəxs ümumilikdə 1016.70 manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi göstərilmişdir. Məhkəmənin qeyd olunan icra sənədi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs bildirişlər göndərilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də, hazırki protokolu tərtib edərək məhkəməyə müraciət etmişdir. Borclu Şəxs hazırda tələbkarın hesabına 195 manat ödəniş etmişdir. Odur ki, məhkəmədən borclu Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından imtina etməmiş, lakin maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Hazırda tələbkarın hesabına 195 manat ödəniş etmiş, qalıq borcunu isə tezliklə ödəyib bitirməyi öhdəsinə götürmüşür. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-736/2022 saylı 14 mart 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs ümumilikdə 1016.70 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs MMC-yə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AccessBanka məxsus ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nə məxsus **********966577 hesab nömrəsinə xx.xx.2023-cü il tarixdə 195 manat ödəniş edilmişdir. Beləliklə, iş üzrə icraatda iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu Şəxs borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, hazırda tələbkarın hesabına 195 manat ödəniş etmiş, qalan borcunu isə tezliklə ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibatı xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər, Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-841/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-841/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver