Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-841/2024 13.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev Taleh Valeh oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏNЕTDİM: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs sərxoş halda avtomobil idarə etmişdir. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol İXM–nin 100.1.6–cı maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol Şəxs barəsində tərtib edilsə də, iş materiallarına onun təqsirli olmasını sübut edən hər hansı sənəd əlavə edilməmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iş üzrə Şəxs sərxoşluğunu təsdiq edən sənəd əlavə olunmamış, inzibati xəta haqqında protokolda inzibati xətan törədildiyi yer və vaxt göstərilməmişdir. Bu hal isə ona dəlalət edir ki, Şəxs əməlində həqiqətən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibinin olması istisna edilir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs təqsirli olmasını sübut edən sənədin təqdim edilməməsi, eləcədə yuxarıda qeyd olunan hallar həmin protokolun natamamlığına dəlalət edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. Hesab edirəm ki, qeyd olunan nöqsanın mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən də, natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq QƏPАRААLDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəmkir Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Taleh Musayev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ _____________________________________________________________________ AZ 5700, Şəmkir şəhəri, H.Əliyev pr.2. Tel: (022)-305-74-17; fax: (022)-305-35-24 ____________________________________________________________________________ İş № 3(076)-841/2024 « 13 » iyul 2024-cü il Şəmkir Rayon Polis Şöbəsinin rəisi vəzifəsini icra edən polis polkovnik-leytenantı cənab Asəf Əhmədova Hörmətli Asəf müəllim, Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol qərardadda göstərilən nöqsanlarla əlaqədar baxılmadan Sizə geri qaytarılır. Qoşma: qərardad, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər, cəmi “ ” vərəqə Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-841/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-841/2024
13.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver