Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-842/2025 09.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayıtçi, barəsində protokol tərtib edilmiş şəxs: X2 Şikayətçi: X4 iştirakları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30143285 saylı inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Kamaz” markalı **-CJ-*** dövlət qediyyat nişanlı avtomobil ona məxsusdur. Həmin “Kamaz” markalı atomobili qoşqu ilə birlikdə idarə edib sifariş əsasında Bakı şəhərinə gedib-gəlir. xx.xx.2025-ci il tarixdə Goranboy rayonunda yerləşən əhəngdaşı zavodundan kamaza və qoşquya əhəng daşı yükləyib Bakı şəhərinə getmişdir. Onun yük avtomobilinə ümumilidk yəni öz çəkisi ilə birlkdə 42000 kq mal yükləmək mümkündür. xx.xx.2025-ci il tarixdə yüklədiyi malın avtomobillə birlikdə ümumi çəkisi 40740 kq olmuşdur (ərizəyə əlavə etdiyi xx.xx.2025-ci il tarixli qayimədə çəki göstərilmişdir). Həmçinin malı həmin gün yəni xx.xx.2025-ci il tarixdə təhvil verərkən 40600 kq olmuşdur (ərizəyə əlavə etdiyi xx.xx.2025ci il tarixli qayimədə çəki göstərilmişdir). Lakin DİN-nin BDYPİ-nin Ucar rayonunda quraşdırdığı çəki ölçmə nəzarət sisttemi onun yük avtomobilinin apardığı malın çəkisini 44770 kq olaraq göstərərək İXM-nin 353.5-ci maddəsinə əsasən 1200 manat cərimə olunmuşdur. Həmçinin həmin vaxt avtomobili idarə edən şəxs o, olduğu halda onun tərəfindən avtomobilə sonuncu idarə etmə üçün etibarnamə verdiyi X2 barəsində protokol və qərar tərtib olunmuşdur.O, idarə etdiyi avtomobilə yüklədiyi mal maksimum kütlənin aşağısında olmuşdur. Necə olur ki, malın çıxdığı və qəbul olunduğu çəki məntəqələrində avtomobilin maksimum kütləsi aşağı olduğu halda DİN-nin BDYPİ-nin Ucar rayonunda quraşdırdığı çəki ölçmə nəzarət sisttemində avtomobilin kütləsi maksimum kütlədən artıq olur. Bundan başqa Bakı-Qazax Gürcüstan avtomobil yolunda bir neçə yerdə çəki ölçmə nəzarət sisttemi quraşdırılmışdır. Həmin çəki ölçmə nəzarət sisttemi Bakı şəhər Qaradağ rayonunda keçən hissəsində vardır. Həmin gün yəni xx.xx.2025-ci il tarixdə Bakı şəhər Qaradağ rayonunda quraşdırılmış çəki ölçmə nəzarət sisttemində keçdiyi halda çəkinin artıqlığı ilə bağlı ona heç bir xəbərdarlıq gəlməmişdir. O, heç bir pozuntu etmədiyi halda əsassız və qanunsuz protokol tərtib olunması ilə razılaşmır. Həmçinin həmin gün yəni xx.xx.2025-ci il tarixdə avtomobili o, idarə etdiyi halda digər şəxsə yəni X3 cərimə yazılması ilə razılaşmır. X5 eyni maddə ilə yəni İXM-nin 353.2-ci maddəsi ilə il ərzində bir dəfə başaq bir şəxsin avtomobilini idarə edərkəncəromə olunmuşdur. Odur ki, tərtib edilmiş müvafiq qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçinin X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək həmçinin bildirdi ki, protokol tərtib olunan vaxtı avtomobili X5 idarə etməmiş, o, özü idarə etmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş şəxs X5 məhkəməyə ərizə təqdim edərək xx.xx.2025-ci il tarixdə qəbul edilmiş elektron qərar üzrə o, 1200 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin vaxt avtomobili o, idarə etməmişdir. Odur ki, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: BDYPB tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30143285 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə, saat 11:33-də M-2 244.2 km, Ucar şəhəri Bakı istiqamətində idarə etdiyi KAMAZ 5511-3 yük markalı, **- CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 manat məbləğində cərimə olunmuşdur BDYPB tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30143285 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə, saat 11:33-də M-2 244.2 km, Ucar şəhəri Bakı istiqamətində idarə etdiyi KAMAZ 5511-3 yük markalı, **- CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə); İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır (124.2-ci maddə); Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir (124.3-cü maddə). Məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş subutlardan aydın olur ki, protokol tərtib olunan vaxtı, yəni 23 avqust 2025-ci il tarixdə, **-CJ-*** dövlət qediyyat nişanlı “Kamaz” markalı avtomobili barəsində protokol tərtib olunan şəxs X5 deyil, başqa şəxs, yəni avtomobilin mülkiyyətçisi X6 idarə etmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30143285 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən elktron qaydad qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30143285 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-842/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-842/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver