Məhkəmə qərarları › İş №3(076)-843/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-843/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-843/2025 05.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Yusifli Seymur Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Məmmədova Alsu Dəyanət qızının katibliyi Şikayətçi: X3 iştirakı ilə Şəmkir rayon Polis şöbəsinin X7 bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci və 333.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, o ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. BD542808 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında "DAEWOO GENTRA" Minik markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində və istifadəsindədir. Onun sürücülük hüququ vardır. 02 iyun 2025-ci il tarixdə, saat 10:43-də ona məxsus "DAEWOO GENTRA" Minik markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Şəmkir şəhəri Tofiq İsamyılov küçəsi ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərini istifadə etmədiyinə görə polis əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin vaxt o İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərkən, o həm də əsassız olaraq onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə də inzibati xəta haqqında protokol tərtib edərək, guya onun sərxoş vəziyyətində olduğunu bildirdilər. Lakin, o, sərxoşluq vəziyyəti barədə ona heç bir sənəd təqdim etməmişdir. Oradan ayrılan kimi dərhal Gəncə şəhər Narkoloji Dispanserə getmişdir. Orada 02 iyun 2025-ci ildə, saat 15:14-də sərxoşluq vəziyyətini yoxladılar, onun həmin vaxt sərxoş olmadığı müəyyən edildi. Lakin, əsassız olaraq TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarla İXM- nin 329.1 və 333.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilərək, 400 manat məbləğində inzibati cərimə edilmişdir. TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarı qismən əsassız hesab edir. Belə ki, inzibati xəta haqqında protokolda və onun əsasında qəbul edilmiş qərarda qeyd edildiyi kimi o 02 iyun 2025-ci il tarixdə "DAEWOO GENTRA" Minik markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Necə olar ki, 02 iyun 2025-ci il tarixdə, saat 10:43-də mən sərxoş vəziyyətində olmuşdur, lakin həmin tarixdə 15:14-də o ayıq vəziyyətində olmuşdur. Polis əməkdaşları onun barəsində qanunsuz olaraq sərxoş vəziyyətində olmağı barədə protokol tərtib etmişlər. Onlar sərxoş olduğunu bildirsələr də, bununla bağlı heç bir sübut təqdim etmədilər. Göründüyü kimi, o 02 iyun 2025-ci il tarixdə "DAEWOO GENTRA" Minik markalı, ** GA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yalnız təhlükəsizlik kəmərini taxmamışdır. Odur ki Şəmkir RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X4 izahatında şikayət ərizəsinin dəlillərini müdafiə edib əlavə olaraq göstərdi ki, polis əməkdaşlarına etiraz etsə də, onu tibbi müayinəyə aparmamışlar, sərxoş olmamışdır, o sadəcə olaraq polislərin apardığı həkim polislərlə tanış olduğu üçün ora getməmişdir, alkotesterdən keçsə də, onun göstəricisi ilə razı deyil. Ona görə də 400 manat məbləğində qanunsuz cərimə olunub. Qeyd etdiklərinə əsasən barəsində tərtib edilmiş qərarın qanunsuz olduğuna görə ləğv edilməsini xahiş edir. Qərarı barəsində şikayət edilən DİN-nin Şəmkir RPŞ-nin DYPB-yə iclasın vaxtı və yeri barədə rəsmi məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə bu halda işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan xx.xx.2025–ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə qaydalarını pozmuş, həmçinin, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan X1 vəziyyətini əks etdirən alkotester müayinəsinin nəticəsi barədə qəbzdən görünür ki, X3 qanında alkoqolun konsentrasiyasının 0.4 promilli olması müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, X4 avtomobili şəxsən saxlanca təhvil verərək aktı imza etmişdir. İş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilmiş və baxış keçirilən zaman məlum olmuşdur ki, 1 dəqiqə, 45 saniyə ərzində olan görüntüdə polis əməkdaşı alkotester vasitəsilə X1 vəziyyətini müayinə edir, müayinə nəticəsində qanında alkoqolun konsentrasiyasının 0.3 promilldən artıq olması deyilir, bundan başqa, Rövşən Məmmədov özü həqiqətən alkoqoldan istifadə etməsini etiraf edir, həmçinin, tibbi müayinəyə getmək istədiyini bildirmir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını və təqdim olunmuş videogörüntünü nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1–ci və 333.1-ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması iş materiallarında olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ– nin DYPB–nin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB– nin vəzifəli şəxsinin X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələri ilə olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı və qanuni deyil. Odur ki, X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1– ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar