Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-844/2025 04.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Məsail oğlunun sədrliyi Xanalıyeva Nuray Fərəc qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Şəmkir rayonu, Qasımalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, Şəmkir rayonu, Qasımalılar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir İcra və Probasiya şöbəsi tərəfindən verilmiş protokoldan görünür ki, Şəxs, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3258/2018 saylı və 2(076)-438/2020 saylı icra sənədləri üzrə yaranmış cəmi 17.218 manat borcunu üzrsüz səbəbdən ödəməyərək, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3258/2018 saylı və 2(076)-438/2020 saylı icra sənədlərinə əsasən, cavabdeh Şəxs iki uşaq üçün aliment alınaraq tələbkara verilməsi qət edilmişdir. İcra sənədi Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icraatında olmuşdur. İcra işinə baxış keçirilərkən Şəxs tələbkara 17.218 manat borcunun olması müəyyən edilmiş, bundan sonra borclu icra şöbəsinə dəvət olunaraq tələbkara olan borcunu ödəməsi təklif olunmuş, lakin Şəxs maddi imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini bildirmişdir. Hazırda Şəxs cəmi 17.218 manat borcu vardır. Göstərilənlərə əsasən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3258/2018 saylı və 2(076)-438/2020 saylı icra sənədinə əsasən borcu var. O, icra sənədinin icrasından qəsdən yayınmır, maddi cəhətdən çətinlik çəkdiyi üçün borcunu ödəyə bilmir. Belə ki, özü xəstə olduğu üçün müalicə alır, hazırda sağalır və işləməyə başlamışdır və borcundan ödənişlər etmişdir. Maddi cəhətdən çətinlik çəkdiyi üçün tələbkara olan borcunu tam ödəyə bilməmişdir. Məhkəmə baxışı ərəfəsində borcluya 200 manat pul ödəmişdir. Qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında borclunun sonuncu dəfə iyul ayında 180 manat ödəməsini və məhkəmə ərəfəsində 200 manat ödəməsini bildirib, borcludan şikayətçi olduğunu və onun barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-3258/2018 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs Əli adlı uşağın saxlanılması üçün hər ay 130 manat aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-438/2020 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs Damla adlı uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 140 manat aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-3258/2018 saylı və 2(076)-438/2020 saylı icra sənədləri üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Şəmkir Rayon Mərkəzi X3 şəxsinin 04 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 07-52 radələrində Şəmkir rayon X1 Tibbi Yardım bölməsinə alkoqol diaqnozu ilə daxil olmuş və həmin gün saat 09-29 radələrində xəstəxananın Terapiya şöbəsinə K70 Qaraciyərin alkoqol xəstəliyi ilə stasionar müalicəyə qəbul edilmişdir. İşdə olan ödəniş qəbzinin surətindən görünür ki, Şəxs borcundan 200 manat ödəniş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. İş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu xəstə olmuş, işləyə bilməmişdir. Göstərilən hal isə onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə tələbkara olan borcunu ödəməkdən qəsdən yayınmır, səhhəti ilə bağlı çətinlik çəkdiyi üçün icra sənədinin icrasını təmin edə bilməmişdir və məhkəmə baxışı ərəfəsində artıq işləməyə başlayaraq borcluya 200 manat pul ödəmişdir. İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, İXM-nin 53.0.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(076)-844/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-844/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver