Məhkəmə qərarları › İş №3(076)-845/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-845/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-845/2024 08.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsinin nümayəndəsi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM–nin 602.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 602.4–cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024–cü il tarixdə, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən gübrə satışı mağazasında planlı yanğın–texniki müayinənin keçirilməsinə mane olmuşdur. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, xx.xx.2024– cü il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən gübrə satışı mağazasında, yanğın–texniki müayinənin aparılması haqqında 3065 nömrəli qərar qəbul edilmiş, müayinənin müddəti xx.xx.2024–xx.xx.2024–cü il tarixə müəyyən edilmişdir. İdarə tərəfindən Şəxs, xx.xx.2024-cü il tarixdə yoxlama ilə əlaqədar bildiriş göndərilmişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən gübrə satışı mağazasında, planlı yanğın-texniki müayinə zamanı, sahibkar tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməsinə, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə, habelə planlı yanğın–texniki müayinənin keçirilməsinə şərait yaradılmamışdır. Bu səbəbdən FHN–nin X3 Xidməti Gəncə regional X3 İdarəsinin əməkdaşları tərəfindən planlı yanğın–texniki müayinənin keçirilməsi mümkün olmamışdır. Hesab edir ki, Şəxs qərəzli şəkildə YTM–nin keçirilməsinə şərait yaratmamışdır. Hazırda protokolun dəlillərini müdafiə edir və Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən gübrə satışı mağazası ona məxsusdur, mağazada yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq bütün hərəkətlər yerinə yetirilir, səlahiyyətli orqan tərəfindən müvafiq yoxlamanın keçiriləcəyi barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Ona görə də barəsində tərtib edilmiş protokol əsassızdır və qanunvericiliyin tələblərinə uyğun deyil, protokolu imza etməkdən imtina etmişdir. Qeyd etdiklərinə əsasən, materiala xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli 3065 saylı “Yanğın–texniki müayinənin aparılması haqqında” qərardan və ona əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, Şəxs məxsus olan və Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən gübrə satışı mağazasında xx.xx.2024– xx.xx.2024–cü il tarixdə yanğın–texniki müayinənin aparılması qərara alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, yanğın–texniki müayinə aktından görünür ki, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən gübrə satışı mağazasında planlı yanğın-texniki müayinə zamanı, sahibkar tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməsinə, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə, habelə planlı yanğın–texniki müayinənin keçirilməsinə şərait yaradılmamışdır. İşdə olan poçt qəbzindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsi tərəfindən Şəxs xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir. Beləliklə, məhkəmə, inzibati xəta haqqında protokola iş üzrə olan və təqdim edilmiş materiallar əsasında baxaraq qeyd edir ki, Şəxs xx.xx.2024–cü il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən gübrə satışı mağazasında planlı yanğın–texniki müayinənin keçirilməsinə qəsdən və qərəzli olaraq mane olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsi tərəfindən xx.xx.2024–cü il il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən gübrə satışı mağazasında yanğın–texniki müayinənin aparılması haqqında 3065 nömrəli qərar qəbul edilərək, müayinə xx.xx.2024–xx.xx.2024–cü il tarixə müəyyən edilsə də, iş materiallarında yanğın–texniki müayinənin keçirilməsi haqqında bildirişin Şəxs müayinənin sonuncu günü, yəni xx.xx.2024-cü il tarixdə göndərilməsi müəyyən edilmişdir. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsinin nümayəndəsi verdiyi ziahatında da həmin halı etiraf etmiş və Şəxs bildirişi xx.xx.2024–cü il tarixdə göndərməsini bildirmişdir. Həmçinin, iş materiallarında olan poçt qəbzi ilə də həmin hal öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, Şəxs yanğın–texniki müayinənin keçirilməsi haqqında məlumatlandırılmamışdır. Göründüyü kimi, Şəxs yanğın–texniki müayinənin keçirilməsi haqqında lazımı qaydada bildirişin ünvanlanması, həmin şəxs tərəfindən bildirişin alınması, dolayısı ilə onun xx.xx.2024–cü il tarixdə mağazada yanğın–texniki müayinənin aparılması barədə məlumatının olması, bununla da qərəzli şəkildə müayinənin aparılmasına maneçilik yaratması müəyyən edilməmişdir. Həmçinin, yanğın–texniki müayinənin keçirilməsi zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarında göstərilən tələblərin də yerinə yetirilməsi müəyyən edilməmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Hazırkı vəziyyətdə isə yoxlayıcının qanunun qeyd olunan normasında göstərilən tələbləri yerinə yetirməsi müəyyən olunmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yoxlamanın aparılması barədə məlumatının olmadığını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Gəncə regional X3 İdarəsinin nümayəndəsi isə yoxlamanın aparılması ilə bağlı tərəfin məlumatlandırılmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa inzibati xəta haqqında məhkəməyə hər hansı videogörüntü təqdim edilməmişdir. Bu hal isə bir daha ona dəlalət edir ki, Şəxs tərəfindən gübrə satışı mağazasında yanğın–texniki müayinənin aparılmasına hər hansı maneçilik törədilməməsi müəyyən edilmişdir. Bununla da, məhkəmə hesab edir ki, FHN–nin X3 Xidməti Gəncə regional X3 İdarəsi inzibati xətanın baş verməsini təsdiq edəcək və mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 602.4–cü maddəsindən görünür ki, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsi və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olması nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası İXM–nin 602.4–cü maddəsinin tərkibinin yaranması üçün qanun normasında göstərilən inzibati xəta hadisəsi törədilməlidir. Məhkəmə hesab edir ki, Şəxs gübrə satışı mağazasında planlı yanğın–texniki müayinənin keçirilməsinə mane olması iş materialları ilə istisna olunur və belə olan halda əməldə inzibati xəta tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1–ci maddəsinə əsasən bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs hərəkətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4–cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar