Məhkəmə qərarları › İş №3(076)-849/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-849/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-849/2024 17.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Tələbkar: Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, FİN xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-4569 saylı icra qeydi üzrə tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-4569 saylı icra qeydinə əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs xeyrinə, Şəmkir rayonu Çinarlı qəsəbəsində qeydiyyatda olan Şəxs 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq olunmuş 3M-153 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 27000 (iyirmi yedii min) manat tutulması, həmçinin, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumunun ümumilikdə isə 27025 (iyirmi yeddi min, iyirmi beş) manat pulun Şəxs tutulması qeyd edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, icra qeydinə əsasən üzərinə düşən hərəkətləri etməmiş və borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək icra qeydində göstərilən xüsusatlara əməl etməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra qeydinin icrasından boyun qaçırır. İfadəsində qeyd etdiyi hallara görə, hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-4569 saylı icra qeydinə əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs xeyrinə, ondan, 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq olunmuş 3M-153 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 27000 (iyirmi yedii min) manat tutulması, həmçinin, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumunun ümumilikdə isə 27025 (iyirmi yeddi min, iyirmi beş) manat pulun ondan tutulması qeyd edilmişdir. Lakin, indiki vaxtda maddi vəziyyəti qənaətbəxş deyil, borcunu ödəməli olduğunu bilir, imkan olan kimi icra qeydində göstərilən məbləği tələbkara verəcək. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, icra qeydində göstərilənlərə əsasən borcluya dəfələrlə həm icra məmuru həm də özü tərəfindən xəbərdarlıqlar edilməsinə baxmayaraq o, qanuni tələbləri yerinə yetirmir. Odur ki borclu barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-4569 saylı icra qeydinə əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs xeyrinə, Şəmkir rayonu Çinarlı qəsəbəsində qeydiyyatda olan Şəxs 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq olunmuş 3M- 153 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 27000 (iyirmi yedii min) manat tutulması, həmçinin, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumunun ümumilikdə isə 27025 (iyirmi yeddi min, iyirmi beş) manat pulun Şəxs tutulması qeyd edilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-4569 saylı icra qeydi üzrə qərar qəbul edilərək, qərarın surəti icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, “Tələbin könüllü icrası” haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir rayon Kür qəsəbə körpələr evi uşaq bağçasının müdiri vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun və tələbkarın izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs notariat ofisində təsdiq olunmuş müqavilə əsasında aparılmış icra qeydini, icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs oğlunun törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar