Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-85/2025 03.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə Şəxs QSC-nin (hüquqi ünvanı: Şəmkir rayonu, X1 Nərimanov, ev 99) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinə Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM–nin 548.2–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola görə, Şəmkir rayonu, “Şirin Aqro" Qapalı Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 9805/2024 saylı məktubu ilə tələb edilən sənədi (2023-cü ilə dair emitentin illik hesabatı, yəni idarəetmə hesabatı, maliyyə hesabatlar və onun yoxlanılmas üzrə kənar auditor rəyi) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2024-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına və Şəxs QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməmiş səbəbləri barədə məlumat verməmişlər. Şirin Aqro» QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq 2023-cü ilə dair illik hesabatını təkrar Mərkəzi Banka göndərdiklərini və göndəriş qəbzi və illik hesabatı əlavə olaraq diqqətə çatdırdıqlarını bildirmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankın və Şəxs QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 9805/2024 saylı məktubdan görünür ki, Şəxs QSC-dən 5 (beş) iş günü ərzində 2023-cü ilə dair emitentin illik hesabatını təqdim etməsi tələb edilmiş və əks halda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xidməti məktubdan görünür ki, 2023-cü ilin nəticələrinə görə emitentlərin illik hesabatları təqdim edilməmiş səhmdar cəmiyyətləri arasında müəyyən edilmiş siyahıda Şəxs QSC-də qeyd edilmişdir. İş materiallarında olan Şəxs QSC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2024-cü il tarixli iclas protokolundan görünür ki, cəmiyyətin 2023-cü maliyyə ili üzrə Cəmiyyətin illik hesabatları, mühasibat balansı, mənfəət zərər hesabları təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli göndəriş qəbzinin surətlərindən görünür ki, Şəxs QSC tərəfindən Şəxs QSC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2024-cü il tarixli iclas protokolu Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmişdir. İş materiallarında olan mənfəət vergisinin bəyannaməsinin və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, 2023-cü ilin vergi dövrü üzrə vergi ödəyicisi olan Şəxs QSC tərəfindən müvafiq bəyannamə 14 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki vəziyyətdə Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması istisna edilir. Belə ki, Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 9805/2024 saylı məktubu ilə tələb edilən sənəd (2023-cü ilə dair emitentin illik hesabatı, yəni idarəetmə hesabatı, maliyyə hesabatlar və onun yoxlanılmas üzrə kənar auditor rəyi) Şəxs QSC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmişdir. Həmçinin həmin sənədlər məhkəməyədə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1–ci maddəsinə əsasən bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə ki, məhkəmə iclasında aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, “Şirin Aqro" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tələb edilən sənədlər Mərkəzi Banka artıq təqdim edilmişdir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim; Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-85/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-85/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver