Məhkəmə qərarları › İş №3(076)-851/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-851/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-851/2024 01.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şikayətçi: X2 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 22192238 saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 22192238 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 22192238 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024–cü il tarixdə Bakı şəhərində yerləşən Toyota Prius markalı 50–EG–305 dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti istifadə etmək üçün sahibkar X4 icarəyə götürmüş, xx.xx.2024–cü il tarixədək avtomobildən istifadə etmiş və sahibinə geri qaytarmışdır. O, həmin avtomobili istifadə etməsi üçün ona online etibarnamə vermişdir. Həmin avtomobili ondan sonra Bakı şəhərində istifadə edən şəxs xx.xx.2024–cü il tarixdə hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 300 manat inzibati cərimə həmin şəxsə tətbiq olunmalı halda, sözügedən avtomobilin sahibinin ona verdiyi online etibarnamə ləğv edilmədiyindən cərimə ona tətbiq edilmişdir. Bununla da, o, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 22192238 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. Hazırda qərarı qanunsuz və əsassız hesab edir. Odur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 22192238 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X5 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, xx.xx.2024–cü il tarixdə Toyota Prius markalı 50–EG– 305 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərində müvəqqəti istifadə etmək üçün sahibkar X4 icarəyə götürmüş, xx.xx.2024–cü il tarixədək avtomobildən istifadə etmiş və sahibinə geri qaytarmışdır. Aqil Cavadov həmin avtomobili istifadə etməsi üçün ona elektron qaydada etibarnamə vermiş, o da həmin müddət ərzində avtomobildən istifadə etmiş və xx.xx.2024–cü il tarixdə sahibinə geri qaytarmışdır. Lakin avtomobili geri qaytararkən adına verilmiş online etibarnaməni ləğv etdirməmişdir. O, avtomobili qaytardıqdan sonra, yəni xx.xx.2024–cü il tarixdə başqa şəxs Bakı şəhərində avtomobildən istifadə etmiş və hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin inzbati xəta hadisəsi onun tərəfindən törədilmədiyi halda, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsi onun barəsində qeyd olunan maddə əsasında inzibati xəta haqqında qərar qəbul etmiş və o, 300 manat inzibati cərimə edilmişdir. Hazırda həmin qərarı tamamilə əsassız hesab edir. Belə ki, o, heç bir qayda pozuntusuna yol verməmiş, xx.xx.2024–cü il tarixdə Toyota Prius markalı 50–EG–305 dövlət qeydiyyat nişanlı avtomobildən ümumiyyətlə istifadə etməmişdir. Yalnız avtomobili sahibinə qaytardıqdan sonra həmin avtomobilə görə adına verilmiş online etibarnaməni ləğv etdirmədiyinə görə qərar onun adına tərtib edilmişdir. Belə olan halda barəsində əsassız olaraq inzibati xəta haqqında qərar qəbul edilmişdir. Hazırda həmin qərarın dəlillərini qəbul etmir. Belə ki, heç bir inzibati xətaya yol vermədiyi halda, inzibati cərimə edilməsi qanunsuz olmuşdur. Bu səbəbdən həmin qərarın ləğv edilməsi üçün şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 22192238 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İşdə olan xx.xx.2024–cü il tarixli EQ 22192238 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024–cü il tarixdə saat 22:28 radələrində idarə etdiyi Toyota Prius markalı 50–EG–305 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Müstəqillik küçəsi ilə hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X5 xx.xx.2024–cü il tarixdə saat 22:28 radələrində idarə etdiyi Toyota Prius markalı 50–EG–305 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Müstəqillik küçəsi ilə hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. İşin hərtərəfli və obyektiv araşdırması zamanı müəyyən edilmişdir ki, X5 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, X1 Prius markalı 50–EG–305 dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti istifadə etmək üçün sahibindən icarəyə götürməsini, xx.xx.2024–cü il tarixdə geri qaytarmasını, lakin avtomobili qaytararkən adına verilmiş online etibarnaməni ləğv etdirmədiyini, inzibati xəta hadisəsi zamanı həmin avtomobilin onun istifadəsində olmamasını iddia etsə də, bununla bağlı mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, xx.xx.2024–cü il tarixdə Toyota Prius markalı 50–EG–305 dövlət qeydiyyat nişanlı avtomobilin X3 deyil, sahibində olması işin araşdırılmış halları ilə müəyyən edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, xx.xx.2024–cü il tarixdə inzibati xəta hadisəsi məhz X5 tərəfindən törədilmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4–cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort–kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1–ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3–cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2–ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında qərar tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin X2 barəsində Azərbaycan Respublikası İXM–nin 327.4–cü maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 22192238 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X2 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 22192238 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 22192238 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar