Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-853/2025 08.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, X1 iştirakı ilə, X3 Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (bundan sonra – AR DİN BDYPİ) tərəfindən qəbul edilmiş EQ 29978376 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 29978376 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, idarə etdiyi və ona məxsus ** BN *** dövlət qeydiyyat nişanlı KAMAZ 5320 markalı Yük Avtomobili ilə xx.xx.2025-ci il tarixdə Ucar rayonu ərazisindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən kamera çəkmiş və səhvən yükü 44 ton 990 kq kimi göstərmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdı. Qanuni əsaslarla avtomobil çıxarkən yükü çəkilir və çatdırılma nöqtəsində yük çəkilir qaimə şəklində ona təhvil verilir. Onun avtomobilinin yük norması 42 ton olduğu halda yük 40 ton 420 kq olmuşdur, yeni normadan azdır. O DYP əməkdaşlarına müraciət etdi, həqiqətən də yükün səhvən çox olduğu bildirildi və məhkəməyə müraciət etməyi bildirildi. Onun avtomobilində 40 ton 420 kq yük olub. Yolda olan lent səhv çəkib 5 tona yaxın artıq çəki göstərmişdir. Onun qəbzləri və çəki haqqında qaimələri də var. O barəsində tərtib edilmiş elektron qərarı xx.xx.2025-ci ildə rəsmi qaydada Şəmkir DYP bölməsindən götürdü. Ona görə də barəsində tərtib olunmuş elektron qərarın ləğv edilməsini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə iclasında şikayət vermiş X4 şikayətin məzmununa uyğun izahat verərək AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 29978376 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş AR DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 29978376 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 600 (altı yüz) manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X4 xx.xx.2025-ci il tarixdə M-2 244,2 km, Ucar rayon, Ucar şəhəri Bakı istiqamətində “Kamaz 5320” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-in 353.2- ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 29978376 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması AR DİN BDYPİ-nə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X5 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, X4 tərəfindən təqdim edilmiş “SƏFİKÜRD”-nin tərəzi qəbzindən görünür ki, inzibati xəta baş verən gün, yəni xx.xx.2025-ci il tarixdə saat 14:34-də X3 idarə etdiyi **- BN-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəzidə çəkilmiş və çəkisinin 40480 kq aralığında olduğu müəyyən edilmişdir. İnzibati xətanın qeydə alındığı fotoşəkildə isə X3 idarə etdiyi “Kamaz 5320” markalı markalı **-BN-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisinin 44990 kq olduğu və Limit 42000 kq olduğu müəyyən olunur. Məhkəmə hesab edir ki, elektron vasitələrlə aşkar olunmuş inzibati xətada haqqında fotoşəkillərdə qeyd edilən məlumatlarla, şikayətçi tərəfindən təqdim edilmiş sənədlər arasında ziddiyyətlər vardır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə “Kamaz 5320” markalı **-BN-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 tərəfindən idarə olunmuş, xx.xx.2025-ci il tarixdə saat 14:34də X3 idarə etdiyi **-BN-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəzidə çəkilmiş və çəkisinin 40480 kq aralığında olduğu müəyyən edilmişdir. İnzibati xətanın qeydə alındığı fotoşəkildə isə X3 idarə etdiyi “Kamaz 5320” markalı markalı **-BN-*** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisinin xx.xx.2025-ci il tarixdə saat 17:29-da 44990 kq olduğu və Limit 42000 kq olduğu müəyyən olunur.dur. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələrinin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 104 №-li Qərarının 4.1-ci bəndinə əsasən İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qərarın 4.2-ci maddəsinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X4 barəsində AR DİN BDYPİ tərəfindən düzgün araşdırma aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı, qərarda qeyd olunan ziddiyyətlər aradan qaldırılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 29978376 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması AR DİN BDYPİ-nə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 İXM-in 353.2-ci maddəsi ilə cərimə olunmasına dair AR DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 29978376 nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması AR DİN BDYPİ-nə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-853/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-853/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver