Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-854/2025 11.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X8 Məsail oğlunun sədrliyi Xanalıyeva Nuray Fərəc qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs,zərərçəkmiş şəxs; Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəmkir İcra və Probasiya şöbəsi tərəfindən verilmiş protokoldan görünür ki, Şəxs, Şəmkir Rayon Məhkəməsinin 2(076)-876/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tələb tam təmin edilməmişdir. Qalıq borc 6770 manat təşkil edir. Bununla da, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-876/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs iki uşaq üçün aliment alınaraq tələbkara verilməsi qət edilmişdir. İcra sənədi Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icraatında olmuşdur. İcra işinə baxış keçirilərkən Şəxs tələbkara 6770 manat borcunun olması müəyyən edilmiş, bundan sonra borclu icra şöbəsinə dəvət olunaraq tələbkara olan borcunu ödəməsi təklif olunmuş, lakin Şəxs maddi imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini bildirmişdir. Hazırda Şəxs cəmi 6770 manat borcu vardır. Göstərilənlərə əsasən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin icra sənədinə əsasən borcu var. O, icra sənədinin icrasından qəsdən yayınmır, maddi cəhətdən çətinlik çəkdiyi üçün borcunu ödəyə bilmir. Hazırda işsizdir. Həyətyanı sahəsində xırda əkin-biçin işləri ilə məşğul olmaqla gündəlik tələbatını qarşlayır. Himayəsində xəstə, yaşlı anası var. Məhrum atasının sağlığında atasının xəstəliyi ilə əlaqədar borcaları yaranmış, həmin borcları bağlamaq və himayəsində olan qayğıya möhtac xəstə anasına baxmaq zərurəti yarandığından icra sənədi üzrə tələbi indiyədək təmin edə bilməmişdir. Maddi cəhətdən çətinlik çəkdiyi üçün tələbkara olan borcunu tam ödəyə bilməmişdir. Məhkəmə baxışı ərəfəsində borcluya 50 manat pul ödəmişdir. Hər ay 300 manat ödəniş edəcəyini öz öhdəliyinə götürür. Qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında borclunun məhkəmə ərəfəsində 50 manat ödəməsini bildirib. Borclu ilə razılığa gəldiklərini, hər ay gecikdirmədən 300 manat ödəmə edəcəyi öhdəliyini borclu üzərinə götürmüşdür. Bu səbədən borclu barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-876/2024 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləği ilə 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat aliment tutularaq iddiaçı X1 ödənilsin . İş materiallarında olan 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-876/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzinin surətindən görünür ki, Şəxs borcundan 50 manat ödəniş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Ona görə də məhkəmə hesab edir ki, İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, İXM-nin 53.0.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №3(076)-854/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-854/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver