Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-856/2023 08.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məmmədova Ülviyyə Aydın qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutuluş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şamil Hacıyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 08 iyun 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs Şəmkir Rayon Мəhkəməsinin 2(076)- 1241/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 5070 manat borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayon Мəhkəməsinin 2(076)-1241/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində, xx.xx.2020-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2014cü il təvəllüdlü İlqar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi göstərilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməkdən imtina etmişdir. Hətta Şəxs aliment borcunu ödəməkdən yayındığına görə o, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(076)-1003/2022 saylı qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin sonuncu bundan nəticə çıxarmamış və icra sənədi üzrə tələbi yerinə yetirməyərək yığılmış 5070 manat aliment borcunu tələbkara ödəməmişdir. Оna görə də icra məmuru Şamil Hacıyev tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, aliment borcunun olduğundan məlumatlıdır, lakin maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir. Hazırda da ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Şəxs aliment borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Hazırda borclu Şəxs yığılmış 5070 manat aliment borcunu tam şəkildə tələb edir. Odur ki, Şəxs şikayətçidir və ona cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, onun özünün, zərərçəkmiş şəxsin (tələbkarın) və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir rayon Мəhkəməsinin 2(076)- 1241/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq Şəxs xx.xx.2014-cü il təvəllüdlü İlqar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir rayon Мəhkəməsinin 3(076)-1003/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən yaranmış aliment borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, icra sənədinin icrasına səhlənkar yanaşılmış və yığılmış 5070 manat aliment borcu ödənilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hal eyni inzibati xətanı il ərzində təkrar törətməsidir, onun məsuliyyətini yüngülləşdirən hal isə müəyyən edilməmişdir. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qəsdən icra etməkdən boyun qaçırmasını, habelə eyni inzibati xətanı il ərzində təkrar törətməsini nəzərə alaraq, onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsə alınmasının əvvəli 08 iyun 2023-cü il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-856/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-856/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver