Məhkəmə qərarları › İş №3(076)-863/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-863/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-863/2024 19.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində: inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Tələbkar: Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1982-ci il tarixdə, Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, X2, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1649/2021 saylı icra sənədi üzrə yaranmış borcunu ödəmədiyi üçün, inzibati tənbeh almasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini təkrar olaraq yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1649/2021 saylı icra sənədinə əsasən, 21 may 2021-ci il tarixdən başlayaraq 02 yanvar 2008-ci il tarixdə anadan olmuş Bənövşə, 08 sentyabr 2009-cu il tarixdə anadan olmuş Zəhra, 01 iyun 2012-ci il tarixdə anadan olmuş Fatimə və 12 dekabr 2016-cı il tarixdə anadan olmuş Mirəli adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay, hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, icra sənədi üzrə hərəkətlərdən yayınmışdır. Əli Hüseynzadə bir neçə dəfə icra şöbəsinə dəvət edilərək izahatı alınmış, lakin hazırkı vaxtadək icra məmurunun göstərişlərini yerinə yetirmir. Bununla yanaşı Şəxs barəsində əvvəllər də icra məmurunun tələblərini yerinə yetirmədiyi üçün, xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir və həmin tənbehin tətbiqindən bir il müddət keçməmiş, yenə də borclu icra məmurunun tələblərini yerinə yetirmir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında və iclas zamanı təqdim etdiyi ərizəsində, Şəxs ilə öz aralarında razılıq əldə etdiklərini, Rövşən Məmmədovun borcunu hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1649/2021saylı icra sənədinə əsasən, 21 may 2021-ci il tarixdən başlayaraq 02 yanvar 2008-ci il tarixdə anadan olmuş Bənövşə, 08 sentyabr 2009-cu il tarixdə anadan olmuş Zəhra, 01 iyun 2012-ci il tarixdə anadan olmuş Fatimə və 12 dekabr 2016-cı il tarixdə anadan olmuş Mirəli adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay, hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bununla yanaşı barəsində əvvəllər də icra məmurunun tələblərini yerinə yetirmədiyi üçün, xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Hazırda həmin icra sənədindəki hərəkətləri yerinə yetirməkdən boyun qaçırmır. Bundan başqa tələbkar ilə aralarında razılıq olduğunu bildirərək barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1649/2021saylı icra sənədinə əsasən, 21 may 2021-ci il tarixdən başlayaraq 02 yanvar 2008-ci il tarixdə anadan olmuş Bənövşə, 08 sentyabr 2009-cu il tarixdə anadan olmuş Zəhra, 01 iyun 2012-ci il tarixdə anadan olmuş Fatimə və 12 dekabr 2016-cı il tarixdə anadan olmuş Mirəli adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay, hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1649/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, tələbkarın ərizəsi, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatları, həmçinin, tələbkarın ərizəsi ilə müəyyən edilir ki, Şəxs icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkar ilə aralarında olan razılığa əsasən, hazırkı zərurəti aradan qaldırmağı öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar