Məhkəmə qərarları › İş №3(076)-864/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-864/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-864/2024 19.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1998-ci il tarixdə Şəmkir rayonu, Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, Şəmkir rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, 16 iyun 2024-cü il tarixdə Şəmkir rayonu, Qapanlı kəndində yaşayan Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin və şahidin izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X4 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə Şəmkir rayonu, Qapanlı kəndində yaşayan X5, oğlu Zərərçəkmiş şəxs həmkəndlisi Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-nə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, aralarında normal münasibətlər yoxdur. Şəmkir rayonu, Qapanlı kəndində onun anası X1 məxsus kənd təsərrüfat təyinatlı pay torpaq sahəsi vardır. O, həmin torpaq sahəsində yonca bitkisi əkmişdir. Zərərçəkmiş şəxs atası X5 onun həmin torpaq sahəsinə getməyi üçün nəzərdə tutulan yoldan istifadə etməyinə maneçilik törədərək icazə vermir, həmin yolun ona məxsus olduğunu iddia edir və həmin yolun keçdiyi torpaq sahəsinin ona məxsus olduğunu təsdiq edən sənədlərini göstərmir. Bu məsələ ilə bağlı Ziyarət Orucov ilə aralarında bir neçə dəfə mübahisələr olmuşdur. O, təxminən bir ay əvvəl torpaq sahəsinə getmək üçün nəzərdə tutulan yoldan istifadə etmək məqsədi ilə həmin yolun keçdiyi ərazidə yerləşən su arxının üzərinə su borusu yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində ot biçən maşını təmir etdirmək məqsədi ilə Şəmkir rayonu, Qapanlı kəndində yaşadığı evi tərk edib idarə etdiyi VAZ 2107 markalı, **-CG-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşmişdir. Həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı, 99-MU450 dövlət nömrə nişanlı avtomobil ilə onun yanından keçərək avtomobilini onun qarşısında saxlamış və avtomobildən düşmüşdür. O da, öz avtomobilindən aşağı enmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşaraq su arxının içərisindəki su borusunu nə üçün çıxartmadığını, orada saxladığını ondan soruşmuşdur. O da, Zərərçəkmiş şəxs həmin su borusunu oz torpaq sahəsinə avtmobili rahat gedib-gəlmək üçün yerləşdirdiyini, həmin yoldan onun da rahat istifadə edə biləcəyini, həmin yolun keçdiyi ərazinin ona məxsus olmadığını və həmin torpaq sahəsinin ona məxsus olduğunu təsdiq edən sənədlərini bələdiyyəyə təqdim etməsini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs təkidlə ona həmin su borusunu su arxının içərisindən çıxartmalı olduğunu demişdir. O, Zərərçəkmiş şəxs bu məsələni qanun çərçivəsində həll etməli olduqlarını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs heç bir səbəb olmadan ona qarşı nalayiq söyüşlər söymüşdür. Bu zaman o, əlləri ilə Zərərçəkmiş şəxs köynəyindən tutub özünə tərəf çəkmiş və ona söyüş söyməsinin səbəbini soruşmuşdur, Zərərçəkmiş şəxs isə yumruq zərbələri ilə onun sifət nahiyəsinə bir neçə dəfə vurmuşdur. O da, özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs yerə yıxmış və müvazinətini saxlaya bilmədiyi üçün onun üzərinə düşmüşdür. Mübahisə zamanı Zərərçəkmiş şəxs əl zərbələri ilə onun sifət nahiyəsinə sinə nahiyəsinə vurub ona xəsarət yetirmişdir. O da, Zərərçəkmiş şəxs bir neçə dəfə əl zərbələri ilə vurmuşdur. Daha sonra anası X3 onların yanına gələrək onları ayırmış və onu öz yaşadığı evə aparmışdır. Hazırda əməlindən peşmandır, əsəbi olmuşdur, bundan başqa 2020-ci il tarixdə 44 günlük müharibədə torpaqların işğaldan azad edilməsində fəal iştirak etmişdir. Odur ki qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Şəxs onun həmkəndlisidir, xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində idarə etdiyi VAZ 2107 markalı ** MU *** nömrəli avtomobili ilə Şəmkir rayonu Qapanlı kəndində kənd təsərrüfat təyinatlı pay torpaq sahəsini suvarıb qayıdan zaman Şəxs yolda onu saxlatmışdır. Şəxs idarə etdiyi avtomobildən düşərək ona yaxınlaşmışdır və özünə məxsus torpaq torpaq sahəsinə avtomobillə getmək üçün onun torpaq sahəsinin keçdiyi əraziyə su borusu saldırdığını, ekskavatorun pulunu verməyini bildirmişdir. O isə, Şəxs su borusunu onun torpaq sahəsindən deyil, yol ilə saldırmasını, texnikanın pulunu verməyəcəyini demişdir. Bu zaman aralarında mübahisə yaranmış və Şəxs onun üzərinə gələrək köynəyindən tutub yerə yıxmışdır və yumruq zərbəsi ilə sifət nahiyəsinə vurmuşdur, kürək nahiyəsi yerə sürtüldüyü üçün sıyrılmışdır. O, Şəxs vurmamış, sadəcə onu özündən uzaqlaşdırmağa çalışmışdır. Hazırda şikayətçidir məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, X3 ifadəsində göstərdi ki, Şəxs onun oğludur, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Zərərçəkmiş şəxs atası Ziyarət Orucov onlara məxsus torpaq sahəsinə gedən yolda maneçilik törədir, həmin yolun ona məxsus olduğunu iddia edir və həmin yolun keçdiyi torpaq sahəsinin məxsusluğunu təsdiq edən sənədləri göstərmir. xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində oğlu Şəxs ot biçən maşını təmir etdirmək məqsədi ilə Şəmkir rayonu, Qapanlı kəndində yaşadıqları evi tərk etmişdir. Bir qədər keçdikdən sonra o, küçədən səs-küy gəldiyini eşidərək fərdi yaşayış evinin yerləşdiyi çıxmış, küçəyə çıxan zaman oğlu ilə həmkəndlisi Zərərçəkmiş şəxs mübahisə edərək dalaşdıqlarını görmüşdür. O, yaxınlaşaraq onları ayırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 17 iyun 2024-cü il tarixli, 532 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət- alın nahiyəsinin sağ yarısının, sağ yanağın qançırları, alın nahiyəsinin sol yarısının, döş qəfəsinin arxa səthinin, bel nahiyəsinin sıyrıqları, üst çənədə sağdan İİİ dişin travmatik laxlaması küt əşyaların təsirindən törənmişdir, törənmə müddətləri 16 iyun 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin, şahidin izahatlarını, 17 iyun 2024-cü il tarixli, 532 saylı rəyi tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar