Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-865/2024 19.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Şəmkir Rayon Polis Şöbəsi Kür PB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Şəmkir rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsi Kür PB-nin polis sahə rəisi Cümşüd Qurbanov tərəfindən Şəxs əməlində Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraatın başlanılmasına qərar vermişdir. Şəmkir Rayon Polis Şöbəsi Kür BP-nin polis sahə rəisi X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə Orucov X4 Elcan Elçin oğlu ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq fiziki ağrı yetirmişdir. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir Rayon Polis Şöbəsi Kür PB-nin polis sahə rəisi X6 izahat verərək bildirdi ki, 16 iyun 2024-cü il tarixdə Orucov X4 Elcan Elçin oğlunu döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, C.Qurbanov tərəfindən Şəxsn barəsində inzibati icraat başlanılmışdır. O, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxsla aralarında torpaqla bağlı mübahisə var. Hadisə günü özlərinə məxsus torpaq sahəsini suvarıb qayıdan zaman Zərərçəkmiş şəxsla rastlaşmış, aralarında mübahisə yaranmışdır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxsla aralarında torpaqla bağlı mübahisə var. Hadisə günü Şəxsla rastlaşmış, aralarında mübahisə yaranmışdır. Hazırda Şəxsla barışıq əldə olunmamışdır. İş materiallarına əlavə edilmiş 01 iyul 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəmkir Rayon Polis X1 təhqiqatçısı, polis kapitanı X3 tərəfindən X5 müraciəti əsasında Şəxs Zərərçəkmiş şəxs tərəfindən döyülməsi barədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Şəmkir Rayon Şöbəsinin Kür PB-nin polis sahə rəisinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2024-cü il tarixli 550 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol gözaltı nahitənin qançırı, üst dodağın selikli hissəsində qansızma, sağ dirsək oynağının arxa səthinin, sağ əlin ovuc səthinin, hər iki diz oynağının ön səthinin, sol ayaq pəncəsinin ayaqarxası səthinin sıyrıqları KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2024-cü il tarixli 552 saylı rəyindən məlum olur ki, Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alın nahiyəsinin sağ yarısının,sağ yanağın qançırları, alın nahiyəsinin sol yarısının, döş qəfəsinin arxa səthinin, bel nahiyəsinin sıyrıqları, üst çənədə sağdan 3-cü dişin travmatik laxlaması KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, özünün qismən etirafedici izahatı, eyni zamanda məhkəmə prosesi zamanı elan edilmiş. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-865/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-865/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver