Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-868/2025 16.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 01 dekabr 2024-cü il tarixdə, saat 11:00 radələrində idarə etdiyi “VAZ-21068” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şəmkir-Gədəbəy yolunun 392-ci kilometrliyində geriyə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq «VAZ-2121» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı X1 idarə etdiyi avtomaşınla toqquşmuş, nəticədə sonuncu yüngül xəsarət almışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibai xətanı törətmişdir. Şəxs əməli iş materiallarında olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və protokol tərtib etmiş orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İXM–nin 61.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. İş materiallarında olan 01 dekabr 2024-cü il tarixli, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, inzibati xətanın izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, inzibati xətanın törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə yolnəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və hadisə yeri protokolda ətraflı təsvir edilməklə protokolda müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan müstəntiq tərəfindən tərtib edilmiş sxemdən görünür ki, Şəmkir-Gədəbəy yolunun baş verən hadisə zamanı nəqliyyat vasitələrinin hərəkət istiqaməti, toqquşma yeri sxemdə aydın şəkildə əks olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzən görünür ki, Şəxs müəyyən zamanı onun sərxoş vəziyyətdə olmaması müəyyən edimişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 408 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və adına tərtib olunmuş tibbi sənəddə yazılanlara əsasən nəticəyə gəlirəm ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər – başın tüklü hissəsində topa nahiyəsinin sol yarısının əzilmış yarası və sol diz oynağının sıyrığı KÜT əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 23 may 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmağa aiddir. İş materiallarında olan 25 iyul 2025-ci il tarixli 8/1251 nömrəli ekspertiza rəyindən görünür ki, VAZ-21061 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin tələblərin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, hadisə yeri Şəmkir–Gədəbəy avtomobil yolunun Şəmkir rayon Çənlibel kəndindən keçən hissəsində, gündüz vaxtı baş vermişdir, burada yol asfalt örtüklü olmaqla quru, hamar və düzdür, sürücülərin hərəkəti üçün təhlükəsizdir, yol yaşayış məntəqəsinə daxildir. Sürət həddi 60 km/saatdır. Yol iki hərəkət zolağından ibarətdir, Yolun eni 7 metr, hər iki ehtiyat hissəsinin eni 1,5 metrdir. Yolda heç bir nişanlama xətləri və ötməni qadağan edən yol nişanı yoxdur. Hadisə yerində Vaz-2121 markalı, **-BJ-*** dövlət nömrə nişanlı minik avtomobili ilə VAZ-21061 markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobillər toqquşmuşdur. Hadisə yerinə baxış zamanı avtomobillərin toqquşduğu yer müəyyən olundu. Belə ki, baxışda VAZ-21061 markalı, **- BH-*** dövlət nömrə nişanlı minik avtomobili Şəmkir–Gədəbəy avtomobil yolu ilə düzünə Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən, Vaz-21061 markalı avtomobil əks hərəkət zolağına daxil olmuş, nəticədə əks istiqamətdə hərəkətdə olan Vaz-2121 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin sol ön tərəfi ilə Vaz-21061 markalı avtomobilin sol ön tərəfi toqquşmuşdur. Vaz-2121 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin hərəkəti üçün təhlükə Vaz-21061 markalı **-BH-*** dövlət nömrə nişanlı avtomobilin onun hərəkət zolağına daxil olduğu vaxtdan yaranmışdır. Yol-nəqliyyat hadisəsi yeri 30 metrlik kriminalistik ölçü aləti ilə ölçüldü. Müəyyən edildi ki, avtomobillərin toqquşduğu yer Şəmkir–Gədəbəy avtomobil yolunun Şəmkir rayon Çənlibel kəndindən keçən hissəsində, Şəmkir rayonundan Gədəbəy rayonu istiqamətində yolun sağ çiyinindən sola doğru 3,1 metr məsafədə olmuşdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-868/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-868/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver