Məhkəmə qərarları › İş №3(076)-875/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-875/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-875/2024 22.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı işə baxılması Gədəbəy Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir. Həmin işə Şəmkir Rayon Məkəməsində baxılması aidiyyət qaydalarının pozulmasına səbəb olduğundan, hazırkı iş Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs, Şəmkir rayonu Kür qəsəbə yolunda ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmiş və səlahiyyətli orqanın TP ******* saylı qərarı ilə 400 manat məbləğində cərimə edilmişdir. Daha sonra Şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində heç bir əsas olmadan ona tətbiq edilmiş 400 manat məbləğində inzibati cəriməni ödəməmiş və bu dəfə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Həmçinin, iş materiallarından görünür ki, Şəxs faktiki olaraq Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunun həmin normasının dispozisyasında qeyd edilən xüsusiyyətləri nəzərdən keçirərək hesab edir ki, həmin inzibati xəta əməli özündə müəyyən hərəkətsizliyi ehtiva edir, yəni təqsirkar şəxsin üzərinə düşən vəzifəsini icra etməməsi onun inzibati xəta hadisəsini törətməsi ilə nəticələnir. Göründüyü kimi, Həsənov X1 rayonu, Qoşabulaq kəndində daimi yaşayır və buna görə də inzibati xəta hadisəsinin törədilmə yeri həmin ünvan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin məcəllənin 109.1.7-ci maddəsinə əsasən işin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Odur ki məkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxmaq aidiyyət qaydalarına uyğun olaraq Şəmkir Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığı üçün, iş baxılmadan Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol aidiyyət qaydalarına uyğun olaraq baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar