Məhkəmə qərarları › İş №3(076)-884/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-884/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-884/2025 08.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Məsail oğlunun sədrliyi, Xanalıyeva Nuray Fərəc qızının katibliyi, Şəmkir rayon Baş Polis İdarəsinin Dövlət X6 YPX-nin inspektoru polis baş serjantı, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə, xx.xx.1987-ci il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şəmkir rayonu, Şəmkir şəhəri, M.Müşviq küçəsi,ev 42 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətallar Məcəlləsinin(bundan sonra İXM-nin) 332.2, 334.1, 334.3 və 339.1-1-ci maddələri ilə Şəmkir rayon Baş Polis İdarəsi X9 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir rayon Baş Polis İdarəsi X8 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXMnin 332.2, 334.1, 334.3 və 339.1-1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon DYPŞ-in əməkdaşı A.Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “VAZ 2109” minik markalı **-BU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 332.2, 334.1, 334.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir Rayon Baş Polis İdarəsinin Dövlət X6 YPX-nin inspektoru polis baş serjantı, Şəxs bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 xx.xx.2025-ci il tarixdə saat 23:20 radələrində sürücülük hüququ olmadan, yüngül dərəcəli sərxoş vəziyyətdə, idarə etdiyi «VAZ 2109 minik» markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir şəhəri Çinarlı qəsəbəsi ərazisindən keçən 392-ci kilometrliyində hərəkət etdiyi zaman idarə etməni itirərərk yolun sol kənarında yerləşən beton bardura çırpılmışdır. Hadisədən Şəxs az ağır xəsarət almışdır. Buna görə də tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə qızının doğum günü üçün təşkil edilmiş məclisdə, 3-4 bakal pivə içərək sərxoş olmuş, daha sonra sərnişin götürmək üçün atasının istifadəsində olan nəqliyyat vasitəsini, sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə, qanunsuz şəkildə idarə etmişdir. Saat 23:20 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə, idarə etdiyi «VAZ 2109 minik» markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə, Bakı-Qazax-Gürcüstan sərhədi istiqmətində hərəkətdə olarkən, nəqliyyat vasitəsinin təkəri partlamış, bu səbəBdən idarə etməni itirərərək yol kənarında yerləşən beton bardurlardan birinə çırpılmışdır. 5 uşaq atasıdır. Ailənin maddi imkanı yaxşı olmadığından atasının istifadəsində olan nəqliyyat vasitəsindən istifadə etməklə qanunsuz şəkildə sərnişin daşıma fəaliyyəti (taksi xidməti) həyata keçirdiyini bildirir. Etdiyi əməldən peşmandır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP 74111769 sayılı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “VAZ 2109” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2, 334.1, 334.3 və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli N-729 sayılı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, Şəxs həmin tarixdə sərxoşluq vəziyyətində olmuşdur. İş materiallarında olan məhkəmə tibbi eksperizasının N-714 sayılı ekspert rəyinə əsasən,Şəxs bədən səthində aşkar edimiş xəsarətlər, onurğa beyininin sıxılması ilə müşayət olunmayan İİ boyun fəqərəsinin cuzi yerini dəymiş sınığı və sol saidin yuxarı üçdə birinin iç səthinin əzilmiş yarası KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddəti 07 avqust 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddət pozulmasınına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər . İXM-nin 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünü təqsirli bilməsi ilə yanaşı işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, DYPŞ-nin YPX-nin inspektoru A.Əliyev tərəfindən inzibati xəta düzgün olaraq İXM-in 334.3-cü maddəsi ilə tövsif edilmişdir və Şəxs həmin inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 332.2, 334.1, 334.3 və 339.1-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Rəsulov X3 Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyası çərçivəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəmkir rayonu üzrə İcra İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar