Məhkəmə qərarları › İş №3(076)-886/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-886/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-886/2023 12.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir RPŞ-nin Zəyəm PB-nin sahə rəisi: X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Şəmkir Düyərli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 535.1–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 11 iyun 2023-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, 10 iyun 2023-cü il tarixdə ona məxsus taxıl sahəsinə 70-80 baş iribuynuzlu heyvanların daxil olmasını və taxılı məhv etməsini görmüşdür. Həmin vaxt heyvanlar sahibsiz olmuş, bu səbəbdən təxminən 20 baş heyvanı evinin həyətinə aparmışdır. Məqsədi heyvanların taxılı məhv etməməsi və ona ziyan dəyməməsindən ibarət olmuşdur. 11 iyun 2023-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndində yaşadığı evdə olarkən polis əməkdaşları gəlmiş, heyvanların sahibinin onun barəsində şikayət etməsini bildirmiş və heyvanları tələb etmişdir. O da heç bir etiraz etmədən iribuynuzlu heyvanları polisə təhvil vermişdir. Həmin vaxt o, polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmişdir. Hazırda özünü təqsirli hesab etmir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin Zəyəm PB-nin sahə polis nəfəridir. xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, İrmaşlı kənd sakini X3 ərizə ilə Şəmkir RPŞ-nin Zəyəm PB-nə müraciət edərək göstərmişdir ki, ona məxsus iribuynuzlu heyvanlar Şəxs taxıl sahəsinə daxil olduğundan sonuncu onun 25 baş iribuynuzlu heyvanını evinin həyətinə aparmış və geri qaytarmamışdır. Bu məqsədlə 11 iyun 2023-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndinə gedərək Şəxs heyvanları tələb etmişlər. Həmin vaxt Şəxs heç bir problem yaratmadan heyvanları təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin Zəyəm PB-nin sahə polis nəfəridir. 11 iyun 2023-cü il tarixdə Şəmkir rayonu, Düyərli kəndinə gedərək Seymur X1 məxsus heyvanları tələb etmişlər. Həmin vaxt Şəxs heç bir problem yaratmadan və tabesizlik göstərmədən heyvanları təhvil vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işin araşdırılmış halları, eləcə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahid ifadələri ilə Şəxs polis əməkdaşlarına tabesizlik göstərməsi sübut olunmur. Əksinə, məhkəmə iclasında şahid qismində dindirilmiş və 11 iyun 2023-cü il tarixdə Şəxs ilə birbaşa ünsiyyətdə olmuş Şəmkir RPŞ-nin Zəyəm PB-nin sahə polis nəfərləri X6 və X4 ifadələrində Şəxs heç bir problem yaratmamasını və polis əməkdaşına hər hansı tabesizlik göstərməməsini bildirmişlər. Beləliklə, barəsində inzibati protokol tərtib edilmiş Şəxs polis əməkdaşına hər hansı tabesizlik göstərməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə iclasında dindirilmiş şahidlər də yuxarıda qeyd olunan tarixdə Şəxs polis əməkdaşına hər hansı tabesizlik göstərməməsini bildirmişlər. Bütün bu hallar isə Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması halını istisna edir. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 535.1–ci maddəsindən görünür ki, şəxsin inzibati tənbehə məruz qalması üçün onun polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları ilə istisna olunur və belə olan halda hər hansı inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Bununla belə işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. Odur ki, Şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar