Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-888/2023 12.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ İş № 3(076)-888/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ QƏRAR (X8 iş üzrə) 12 iyun 2023-cü ildə Şəmkir rayonunda Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu Aşağı-Seyfəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutuluş inzibati xətanı törətməsinə dair X8 işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə 12 iyun 2023-cü il tarixli X8 protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. X8 protokola görə, Şəxs Şəmkir rayon Мəhkəməsinin 2(076)-2921/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədini icra etmədiyinə görə AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh almasına baxmayaraq, yenidən Şəmkir rayon Мəhkəməsinin 2(076)-2921/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını həyata keçirən Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini təkrar yerinə yetirməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayon Мəhkəməsinin 2(076)-2921/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs bildirişlər göndərilmiş və dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməkdən imtina etmişdir. Hətta bu səbəbdən Şəmkir rayon Мəhkəməsinin 3(076)- 610/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmiş, lakin bundan nəticə çıxarmayaraq yenidən qeyd olunan icra sənədini icra etməmiş və bundan boyun qaçırmışdır. Оna görə də Şəxs barəsində xx.xx.2023-cü il tarixdə X8 protokol tərtib edərək, məhkəməyə təqdimat vermişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, qeyd olunan icra sənədindən məlumatlıdır, lakin icra sənədi üzrə borcu ödəməyə maddi imkanı olmamışdır. Hazırda da, ödəməyə maddi imkanı yoxdur. Belə ki, heç bir yerdə işləmir. Odur ki, məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, barəsində X8 iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır. Belə ki, Şəxs dəfələrlə icra sənədini icra etməsi barədə xəbərdar olunsa da, ona edilən xəbərdarlıqlara məhəl qoymamış, hətta icra sənədini icra etmədiyi üçün məhkəmə qərarı ilə cərimə olunsa da, bundan nəticə çıxarmayaraq yenidən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Hazırda borclu Şəxs icra sənədini tam şəkildə icra etməsini tələb edir. Odur ki, Şəxs şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, onun özünün, zərərçəkmiş şəxsin (tələbkarın) və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir rayon Мəhkəməsinin 2(076)- 2921/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Şəxs və X1 müştərək qaydada yataq mebel dəsti - bir ədəd iki nəfərlik çarpayı, bir ədəd şkaf, iki ədəd tumbuçka, bir ədəd termo 1000 manat, pərdə tül və dekarasiyalı, ağ içliklə 200 manat, pastel dəsti - iki dəst iki nəfərlik 100 manat, pastel dəsti - iki dəst tək nəfərlik 100 manat, paltar yuyan maşın avtomat, Samsunq markalı 5 kq 500 manat, palma ağacı süni 50 manat, dividi bir ədəd Samsunq markalı 50 manat, qazan dəsti alminium 60 manat, şirəli qazan dəsti, altı ədəd müxtəlif ölçülü, şüşə qapaqlı 150 manat, şirəli qazan dəsti, dörd ədəd müxtəlif ölçülü 60 manat, xrustal çay stəkanı 12 ədəd 80 manat, xrustal araq stəkanı 12 ədəd 60 manat, xrustal kampot stəkanı 12 ədəd 100 manat, yemək dəsti, güllü 120 manat, mürəbbə qabı xrustal 24 ədəd 30 manat, nəlbəki maddonna 24 ədəd 30 manat, çılçıraq bir ədəd 150 manat, üç ədəd xalça cəmi dəyəri 300 manat, mikser bir ədəd qablı 20 manat, düyü çəkən bir ədəd 30 manat, bir ədəd oxlov və çörək üçün qapaq cəmi 20 manat, sok çəkən bir ədəd 60 manat, kampot qabı 6 stəkanla birlikdə iki dəst bir dəsti üstü güllü, digərinin üstündə isə qərənfil şəkilli hər birinin dəyəri 50 manat olmaqla cəmi dəyəri 100 manat, vanna 2 ədəd kauçuk və 2 ədəd dəmir hər birinin dəyəri 10 manat olmaqla cəmi dəyəri 40 manat, şirəli ləyənlər orta ölçülü olmaqla hər birinin dəyəri 20 manat olmaqla 4 ədəd 80 manat, sadə ləyən 555 yazılan 1 ədəd 20 manat, ət çəkən maşın elektrikli 140 manat, tefal çaynik dəm çayniki ilə birlikdə 40 manat, termos elektrikli 100 manat, aliminium ləyən 2 ədəd 40 manat, bir ədəd gül qabı xrustal hündür 80 manat, əl-üz dəsmalı 6 ədəd 80 manat, stəkan dəsmalı 12 ədəd 40 manat, süfrə iki ədəd bahalı 100 manat, qaşıq dəsti 24 ədəd 40 manat, mətbəx naboru qaşıq, çömçə katlet çevirən 50 manat, çörək qabı 2 ədəd 20 manat, divar saatı 1 ədəd 60 manat, suvenir fil fiquru 40 manat, duz qabı 24 ədəd xrustal 60 manat, qənd qabı qapaqlı 30 manat, salfet qabı iki ədəd 20 manat, bir ədəd iki gözlü qaz peçi 30 manat, bir ədəd ütü 30 manat, qızıl ziynət əşyaları sırğa üzük dəsti, badam formalı, brilyant qaşlı, 12 qramlıq 2000 manat, sep reket formalı 30 qramlıq 2000 manat, bilərzik reket formalı 15 qramlıq 1000 manat, bir ədəd bəxt üzüyü brilyant qaşlı 5 qramlıq 500 manat dəyərində əşyaları naturada, bu mümkün olmadıqda isə həmin əmlakların dəyərinin və məhkəmə xərci qismində 116 (bir yüz on altı) manat dövlət rüsumunun və 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir rayon Мəhkəməsinin 3(076)-610/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Belə ki, Şəxs borcunu maddi imkanı olmadığı üçün ödəməməsi kimi ifadələri onu deməyə əsas verir ki, borclu icra sənədini icra etməkdən yayınmaqla, icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində X8 iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, tələbkarın şikayətçi olmasını, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qəsdən icra etməkdən boyun qaçırmasını, əvvəllər qeyd olunan icra sənədini icra etməməsi səbəbindən inzibati qaydada cərimə edilməsini və işin sair hallarını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsə alınmasının əvvəli 12 iyun 2023-cü il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: (İmza var) “Əsli ilə düzdür: Hakim Şəfəq Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Ünvan: Şəmkir şəhəri, H.Əliyev pr.-2. Tel: (022)-305-74-07; fax: (022)-305-35-24 İş № 3(076)-888/2023 12 iyun 2023-cü il Şəmkir rayon İcra və Probasiya Şöbəsinə Şəmkir Rayon Məhkəməsinin 3(076)-888/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərar « » vərəqə Hakim Şəfəq Məmmədova İş № 3(076)-888/2023 12 iyun 2023-cü il Şəmkir rayon İcra və Probasiya Şöbəsinə Şəmkir Rayon Məhkəməsinin 3(076)-888/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərar « » vərəqə Hakim Şəfəq Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Ünvan: Şəmkir şəhəri, H.Əliyev pr.-2. Tel: (022)-305-74-07; fax: (022)-305-35-24 İş № 3(076)-888/2023 12 iyun 2023-cü il Şəmkir Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı X10 Şəmkir Rayon Məhkəməsinin 3(076)-888/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərarın surəti « » vərəqə Hakim Şəfəq Məmmədova İş № 3(076)-888/2023 12 iyun 2023-cü il Şəmkir Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı X10 Şəmkir Rayon Məhkəməsinin 3(076)-888/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərarın surəti « » vərəqə Hakim Şəfəq Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Ünvan: Şəmkir şəhəri, H.Əliyev pr.-2. Tel: (022)-305-74-07; fax: (022)-305-35-24 İş № 3(076)-888/2023 12 iyun 2023-cü il Şəmkir Rayon Prokurorluğuna Şəmkir Rayon Məhkəməsinin 3(076)-888/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti « » vərəqə Hakim Şəfəq Məmmədova İş № 3(076)-888/2023 12 iyun 2023-cü il Şəmkir Rayon Prokurorluğuna Şəmkir Rayon Məhkəməsinin 3(076)-888/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti « » vərəqə Hakim Şəfəq Məmmədova İNZİBATİ XƏTA HAQQİNDA İŞƏ BAXİLMASİNİN TƏYİN EDİLMƏSİ HAQQİNDA QƏRARDAD 12 iyun 2023-cü il Şəmkir şəhəri Şəmkir Rayon Məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızı X8 işə baxılmasını kifayət qədər hazırlanmış hesab edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutub QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə işin məhkəmə iclasında baxılması 12 iyun 2023-cü il tarixə saat 17:20-yə təyin edilsin.
1. Məhkəmə iclasına:
a) İnzibati Xəta törədən şəxs: Şəxs (onun vəkili)
b) Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs
c) Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun
v) Şahidlər:___________________________________iştirakları ilə baxılsın.
Hakim Şəfəq Məmmədova İş № 3(076)-888/2023
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU ŞƏMKİR RAYON MƏHKƏMƏSİ
12 iyun 2023-cü il Şəmkir şəhəri
Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə,
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən daxil olmuş X8 işə açıq məhkəmə iclasında baxılır.
Məhkəmə iclası saat 17:45-də açılır.
Sədrlik edən məhkəmə iclasını açaraq hansı işə baxılacağını elan edir. Sədrlik edən iş üzrə kimlərin gəldiyini aydınlaşdırır və məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi bildirir ki, məhkəmə iclasına barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs gətirilmiş, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs və Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 gəlmişlər. Sədrlik edən iş üzrə icraatda iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir:
Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7: xx.xx.1981-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Şəmkir rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləyir, ünvan 1 ünvanında qeydiyyatda durur və yaşayır.
Barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs: xx.xx.1965-ci ildə Şəmkir rayonunun doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu Aşağı-Seyfəli kəndində qeydiyyatdadır və yaşayır.
Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs: xx.xx.1993-cü ildə Şəmkir rayonunun Seyfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayonu, Abbaslı kəndində yaşayır.
Sədrlik edən məhkəmə iclasına hakim Məmmədova Şəfəq Ənvər qızının sədrlik etdiyini, İbrahimova Türkan Qulu qızının məhkəmənin iclas katibi olduğunu elan edir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 107-ci maddəsində nəzərdə tutulan əsasları elan edərək həmin Məcəllənin 108-ci maddəsində nəzərdə tutulan qaydada iş üzrə icraatda iştirak edən şəxslərdən sədrlik edənə və məhkəmə iclas katibinə etirazları olub-olmadığını soruşur. İş üzrə icraatda iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda məhkəmənin tərkibinə etirazları olmadığını bildirirlər. Sədrlik edən iş üzrə icraatda iştirak edən şəxslərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini elan edir. İş üzrə icraatda iştirak edən şəxslər hüquq və vəzifələrinin onlara tam aydın olduğunu bildirirlər. Sədrlik edən barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçiyə malik olmaq, əgər maddi vəziyyəti buna imkan vermirsə, dövlət hesabına müdafiəçi ilə təmin edilmək hüququnu izah edir. Barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs hüququnu özünün müdafiə edəcəyini, müdafiəçiyə ehtiyac duymadığını və müdafiəçidən imtinasının maddi imkanı ilə bağlı olmadığını bildirib, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Мəhkəmə yerində qısa müşavirə edərək
Qərara alır:
Barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçidən imtinası qəbul edilsin. Sədrlik edən Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verməyi təklif edir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatı: Göstərir: Şəmkir rayon Мəhkəməsinin 2(076)-2921/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində cavabdehlər Şəxs və X1 müştərək qaydada yataq mebel dəsti bir ədəd iki nəfərlik çarpayı, bir ədəd şkaf, iki ədəd tumbuçka, bir ədəd termo 1000 manat, pərdə tül və dekarasiyalı, ağ içliklə 200 manat, pastel dəsti - iki dəst iki nəfərlik 100 manat, pastel dəsti - iki dəst tək nəfərlik 100 manat, paltar yuyan maşın avtomat, Samsunq markalı 5 kq 500 manat, palma ağacı süni 50 manat, dividi bir ədəd Samsunq markalı 50 manat, qazan dəsti alminium 60 manat, şirəli qazan dəsti, altı ədəd müxtəlif ölçülü, şüşə qapaqlı 150 manat, şirəli qazan dəsti, dörd ədəd müxtəlif ölçülü 60 manat, xrustal çay stəkanı 12 ədəd 80 manat, xrustal araq stəkanı 12 ədəd 60 manat, xrustal kampot stəkanı 12 ədəd 100 manat, yemək dəsti, güllü 120 manat, mürəbbə qabı xrustal 24 ədəd 30 manat, nəlbəki maddonna 24 ədəd 30 manat, çılçıraq bir ədəd 150 manat, üç ədəd xalça cəmi dəyəri 300 manat, mikser bir ədəd qablı 20 manat, düyü çəkən bir ədəd 30 manat, bir ədəd oxlov və çörək üçün qapaq cəmi 20 manat, sok çəkən bir ədəd 60 manat, kampot qabı 6 stəkanla birlikdə iki dəst bir dəsti üstü güllü, digərinin üstündə isə qərənfil şəkilli hər birinin dəyəri 50 manat olmaqla cəmi dəyəri 100 manat, vanna 2 ədəd kauçuk və 2 ədəd dəmir hər birinin dəyəri 10 manat olmaqla cəmi dəyəri 40 manat, şirəli ləyənlər orta ölçülü olmaqla hər birinin dəyəri 20 manat olmaqla 4 ədəd 80 manat, sadə ləyən 555 yazılan 1 ədəd 20 manat, ət çəkən maşın elektrikli 140 manat, tefal çaynik dəm çayniki ilə birlikdə 40 manat, termos elektrikli 100 manat, aliminium ləyən 2 ədəd 40 manat, bir ədəd gül qabı xrustal hündür 80 manat, əl-üz dəsmalı 6 ədəd 80 manat, stəkan dəsmalı 12 ədəd 40 manat, süfrə iki ədəd bahalı 100 manat, qaşıq dəsti 24 ədəd 40 manat, mətbəx naboru qaşıq, çömçə katlet çevirən 50 manat, çörək qabı 2 ədəd 20 manat, divar saatı 1 ədəd 60 manat, suvenir fil fiquru 40 manat, duz qabı 24 ədəd xrustal 60 manat, qənd qabı qapaqlı 30 manat, salfet qabı iki ədəd 20 manat, bir ədəd iki gözlü qaz peçi 30 manat, bir ədəd ütü 30 manat, qızıl ziynət əşyaları sırğa üzük dəsti, badam formalı, brilyant qaşlı, 12 qramlıq 2000 manat, sep reket formalı 30 qramlıq 2000 manat, bilərzik reket formalı 15 qramlıq 1000 manat, bir ədəd bəxt üzüyü brilyant qaşlı 5 qramlıq 500 manat dəyərində əşyaları naturada, bu mümkün olmadıqda isə həmin əmlakların dəyəri və məhkəmə xərci qismində 116 (bir yüz on altı) manat dövlət rüsumu və 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi göstərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs bildirişlər göndərilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməkdən imtina etmişdir. Hətta qeyd olunan icra sənədini icra etməkdən imtina etdiyinə görə Şəmkir rayon Мəhkəməsinin xx.xx.2023-cü il tarixli 3(076)-610/2023 saylı qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmiş, lakin bundan nəticə çıxarmayaraq yenidən icra sənədini icra etməmiş və bundan boyun qaçırmışdır. Qeyd edir ki, Şəxs hazırda axtarışla gətirilmişdir. Оna görə də Şəxs barəsində xx.xx.2023-cü il tarixdə X8 protokol tərtib edilərək, məhkəməyə təqdimat verilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edirəm. Sədrlik edən icra məmuruna suallar olub-olmamasını soruşur. İcra məmuruna sual olmadı. Sədrlik edən barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs izahat verməyi təklif edir. Barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs izahatı: Göstərir: Mən qeyd olunan icra sənədindən məlumatlıyam. İcra sənədində qeyd olunan əşyaların dəyərini ödəməyə maddi imkanım yoxdur. Nə indi, nə də başqa baxt ödəyə bilməyəcəyəm. Sədrlik edən barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs suallar olubolmamasını soruşur. Barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs sual olmadı. Sədrlik edənin s/c: Məhkəmədən barəmdə qanuni qərar qəbul edilməsini xahiş edirəm. Əlavə sual olmadı. Bundan sonra sədrlik edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsinə əsasən bil-bilə yalan izahat verməyə görə məsuliyyəti elan edir və zərərçəkmiş şəxsdən iltizam alınır. Sədrlik edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iş üzrə izahat verməsini təklif edir. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatı: Göstərir: barəsində X8 iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır. Belə ki, Şəxs dəfələrlə icra sənədini icra etməsi barədə xəbərdar olunsa da, ona edilən xəbərdarlıqlara məhəl qoymamış, hətta icra sənədini icra etmədiyi üçün məhkəmə qərarı ilə cərimə olunsa da, yenəd də icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Hazırda borclu Şəxs icra sənədi üzrə əşyalarımı və ya dəyərini tələb etməklə şikayətçiyəm və ona ağır cəza verilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs suallar olubolmamasını soruşur. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs sual olmadı. Sədrlik edənin s/c: Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınır. Əlavə sual olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərdən əlavə vəsatətinin olub-olmamasını soruşur. İş üzrə icraatda iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda vəsatətlərinin olmadığını bildirdilər. Sədrlik edən işdə olan digər yazılı sübutları, sübutların araşdırılması qaydasında iş üzrə icraatda iştirak edən şəxslərin iştirakı ilə tədqiq edir. Həmin sübutlarla bağlı iş üzrə icraatda iştirak edən şəxslər tərəfindən hər hansı etiraz, vəsatət və ya təklif daxil olmadı. Sədrlik edən iş üzrə icraatda iştirak edən şəxslərdən məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini, əlavələri və vəsatətləri olubolmamasını soruşur. İş üzrə icraatda iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda məhkəmə tədqiqatının tamamlanmasına dair əlavələri və vəsatətləri olmadığını bildirirlər. Sədrlik edən məhkəmə tədqiqinin tamamlandığını bildirir və bu barədə iş üzrə icraatda iştirak edən şəxslərin fikrini soruşur. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7: etirazım yoxdur. Barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs: etirazım yoxdur. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs: etirazım yoxdur. Məhkəmə yerində qısa müşavirə edərək Qərara alır: Məhkəmə tədqiqi tamamlansın və çıxışlara başlansın. Sədrlik edən çıxış üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7: Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edirəm. Sədrlik edən çıxış üçün barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs söz verir. Barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs: Məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edən çıxış üçün zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs söz verir. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs: barəsində X8 iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçiyəm və ona ağır cəza verilməsini хаhiş edirəm. Sədrlik edən iş üzrə icraatda iştirak edən şəxslərə replika hüququndan istifadə edib-etməmələrini soruşur. İş üzrə icraatda iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda replika hüququndan istifadə etmək istəmədiklərini bildirirlər. Sədrlik edən müşavirə otağına gedir və qayıdaraq X8 iş üzrə qərarı elan edir. Sədrlik edən qərardan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək qaydasını və müddətini izah edir. Sədrlik edən iş üzrə icraatda iştirak edən şəxslərə protokolla tanış olma qaydasını və müddətini izah edir. Sədlik edən məhkəmə iclasını 17:55-də bağlı elan edir. Protokol 12 iyun 2023-cü il tarixdə tərtib edildi.
Sədrlik edən
Məhkəmə iclasının katibi