Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-888/2024 05.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İnzibati Xəta haqqında protokolu tərtib etmiş X5 və şikayətçi X6 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu Polis X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X9 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 iyun 2024-cü il saat 14:00 radələrində Şəmkir rayonu, Kür qəsəbəsi, 2 saylı tam orta məktəbin stadionunun arxasında Yol Patrul Xidmətinin özünü Emin İsmayılov kimi təqdim edən inspektor ondan spirtli içki qəbul edib-etməməsini soruşdu. Ona sərxoş olmadığını və iyul ayının 11 axşamı, saat 19- 20 radələrində toyda olduğunu və orada 0,5 litr NZS pivəsinin 1/3-ni içdiyini demişdir. Bu təxminən 0.17 litr pivə edir və bu miqdarın ona heç bir alkoqol təsir etmədiyini bildirmişdir. Bu vəziyyət kameraya düşmüşdür. İnspektor həmin vaxtı onu alkotestrdən keçirdi və 3.2 promil içki səviyyəsi olduğunu qeyd etdi. Lakin 3.2 promil çox ağır dərəcəli sərxoşluq deməkdir və tibbi müayinə tələb edir. Bu dərəcədə sərxoş halda olan şəxs nitqi anlaşılmaz və hərəkət koordinasiyası pozulmuş olmalıdır. Halbuki, o bu vəziyyətdə deyildi, bu vəziyyət olduğu kimi yolun həmin hissəsində quraşdırılmış kameraya düşmüşdür. Sonra inspektor avtomaşını alkoqollu içki qəbul etmiş vəziyyətdə idarə etməyi barədə əsassız olaraq inzibati protokol tərtib etdi və dönərkən dönmə işığından istifadə etmədiyini qeyd etdi. O dönmə işığından istifadə etdiyini və sərxoş olmadığını qeyd etdiyini kamera görüntülərində də aydın görünür. Daha sonra onun maşını cərimə meydançasına salındı və qonşusu Kazımov Rəşad onun köməyinə gəldi. Onlar dərhal Gəncə şəhərindəki Narkoloji dispanserə getdilər və saat 16:18 radələrində həkim müayinəsindən sonra promili 0.0 şıxmışdır. Bu nəticələr dispanserdə mövcuddur və oradan əldə edilə biləcəyini demişdir. Həkim ona alkoqollu içki qəbul etməməsi ilə əlaqədar sərxoşluq halının bütün növlərinin təyinatı ilə bağlı protokol tərtib etmişdir, həmin protokolu təqdim edə bilər. Bunu DYP-nin əməkdaşına göstərməyinin əsassız olduğunu və promuilin artıq ondan təmizləndiyini əsas gətirdilər. Əgər o 3,2 promillik içki içmişdirsə bu necə ondan bu qədər tez bir vaxtda təmizlənə bilərdi?! Etibarlı mənbələrə əsasən 3.2 promil çox ağır dərəcəli sərxoş olmaq deməkdir və nu vəziyyətdə olan bir şəxsin iki saat ərzində tamami ilə ayılaraq 0.0 promil vəziyyətə düşməsi mümkün deyil. Qeyd edilənləri nəzərə alaraq qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında X9 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin Polis serjantı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat vermiş İnzibati Xəta haqqında protokolu tərtib etmiş X10 bildirmişdir ki, 12 iyul saat 14 radələrində VAZ 21214 minik markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq sürücü X1 vəziyyəti yoxlanılmış, şəxsin sərxoş olması müəyyən edilmişdir. Bundan sonra şəxs sərxoş olmasını qəbul etmiş və həkim müayinəsini tələb etməmişdir. X4 barəsində protokol tərtib olunaraq barəsində qərar qəbul edilmişdir. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 İXM-in 329.3 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş alkotestr qəbzindən görünür ki, X6 0.330 promilli sərxoşluq vəziyyəti vardır. İş materiallarında əlavə edilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X2 müəyyən edilməmiş, ayıq olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Belə ki, Azərbaycan Respublikası İXM-in 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Belə ki, şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş olması halı işə əlavə edilmiş videoyazı və işə əlavə edilmiş digər sübutlarla təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis serjantı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis kapitanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HakimHəvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-888/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-888/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver