Məhkəmə qərarları › İş №3(076)-896/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-896/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-896/2024 05.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində: inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə, Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-797/2024 saylı icra sənədi üzrə, Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-10774 saylı, xx.xx.2022-ci il tarixli və 8İ-12961 saylı, xx.xx.2022-ci il tarixli icra qeydləri üzrə borcunu ödəməkdən boyun qaçıraraq, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxsoğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-797/2024 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs ümumilikdə 811.22 manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Həmçinin, Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-10774 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs, Zərərçəkmiş şəxs BOKT MMC-nin xeyrinə 143096 nömrəli müqaviləyə əsasən, vaxtında ödənilməmiş 424.48 manat, 81.48 manat cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 530. 96 manat pulun tutulması qeyd edilmişdir. Həmçinin, Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-12961 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs, "xxxx" ASC-nin xeyrinə MPZK4920573A299 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 2815 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 2840 manat pulun tutulması qeyd edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, icra sənədi üzrə borcunu ödəmkdən yayınmışdır. Şəxs bir neçə dəfə icra şöbəsinə dəvət edilərək izahatı alınmış, lakin hazırkı vaxtadək icra məmurunun göstərişlərini yerinə yetirmir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-797/2024 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs ümumilikdə 811.22 manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Həmçinin, Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-10774 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs, Zərərçəkmiş şəxs BOKT MMC-nin xeyrinə 143096 nömrəli müqaviləyə əsasən, vaxtında ödənilməmiş 424.48 manat, 81.48 manat cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 530. 96 manat pulun tutulması qeyd edilmişdir. Həmçinin, Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-12961 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs, "xxxx" ASC-nin xeyrinə MPZK4920573A299 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 2815 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 2840 manat pulun tutulması qeyd edilmişdir. Hazırda həmin icra sənədlərindəki hərəkətləri yerinə yetirməkdən boyun qaçırmır. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs BOKT MMC-yə olan borcundan 200 manat ödəniş etmişdir. Odur ki barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Tələbkarlar "xxxx" KB ASC-yə, Zərərçəkmiş şəxs BOKT MMC-yə və "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-797/2024 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs ümumilikdə 811.22 manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-10774 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs, Zərərçəkmiş şəxs BOKT MMC-nin xeyrinə 143096 nömrəli müqaviləyə əsasən, vaxtında ödənilməmiş 424.48 manat, 81.48 manat cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 530. 96 manat pulun tutulması qeyd edilmişdir. İşdə olan Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-12961 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs, "xxxx" ASC-nin xeyrinə MPZK4920573A299 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 2815 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 2840 manat pulun tutulması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-797/2024 saylı icra sənədi üzrə, Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-10774 saylı, xx.xx.2022-ci il tarixli və 8İ-12961 saylı, xx.xx.2022-ci il tarixli icra qeydləri üzrə icraat materialları ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, borclu tərəfindən, tələbkar Zərərçəkmiş şəxs BOKT MMC-nin hesabına 200 manat ödəniş edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları, eləcə də ödəniş qəbzinin surəti ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatları, həmçinin, ödəniş qəbzinin surəti ilə müəyyən edilir ki, Şəxs icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən qəsdən boyun qaçırmamış, əksinə ümumi borcundan 200 manat ödəniş edərək, hazırkı zərurəti aradan qaldırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırkı inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar