Məhkəmə qərarları › İş №3(076)-898/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-898/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-898/2024 05.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin Polis serjantı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, **-EJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edir. xx.xx.2024-cü il tarixdə axşam təqribən saat 16:50 radələrində, Bakı-Qazax yolunun 420-ci km-də Şəmkir rayonu Düyərli kəndi ərazisində saatda təqribən 60 km/saat sürətlə hərəkət edərkən, idarə etdiyi nəqliyyat vasitəsini Mersedec-Bens E200 markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, başqa bir nəqliyyat vasitəsi ötmə əməliyyat edərək onu keçdi. Sonradan ona məlum oldu ki, həmin nəqliyyat vasitəsini idarə edən Vüsal Quliyev adlı şəxsdir. Belə ki, həmin şəxs, o hərəkətdə olarkən həmin ərazidə “ötmək qadağandır” nişanının və yaşayış məntəqələrində icazə verilən maksimal sürət 60km/saat olmasına baxmayaraq, həmin nişanların tələbini pozaraq, yüksək sürətdə onun idarə etdiyi nəqliyyat vasitəsini ötüb keçmiş və ötməni başa çatdırdıqdan dərhal sonra, ara məsafəsi qoymadan ona yaxın məsafədə idarə etdiyi avtomaşınını sağ istiqamətə (onun hərəkətdə olduğu zolağa doğru) çəkərək daha sonra avtomaşınının əyləcini sərt şəkildə anidən işə salmaqla sağdakı yaşayış məntəqəsinə dönmə əməliyyatı etməyə cəhd etmişdir. Həmin şəxs bu təhlükəli manevri edərkən və avtomaşınının əyləcini işə salarkən, mənimlə ara məsafəsi olduqca az olduğundan, o idarə etdiyi nəqliyyat vasitəsinin əyləcini işə salmağa fiziki olaraq imkanı yox idi. Bu səbəbdən, o idarə etdiyi avtomaşının ön hissəsi ilə həmin nəqliyyat vasitəsinin arxa hissəsinə çırpıldı. (Qəzadan sonra ərazidə avtomaşınların foto şəkilləri və həmin ərazidə ötmək qadağandır nişanının olmasına dair video görüntülər Şikayətə əlavə olunur). O, məhkəməyə müraciətlə bildirmişdir ki, hadisə onun günahı və iradəsi olmadan baş vermişdir. Çünki, o öz yolu ilə stabil sürətlə hərəkət edərkən, digər nəqliyyat vasitəsinin bu cür təhlükə törətmə manevri edərək aralarındaki kiçik ara məsafəsinin olmasına baxmayaraq, qarşısındaki anidən avtomaşının əyləcini sərt şəkildə işə salaraq öz sürətini kəskin azaldacağını güman etməzdi. Həmin ərazidə müşahidə kamerası var və böyük ehtimal hadisənin baş vermə anı kamera vasitəsilə qeydə alınmışdır. O həmin kamera görüntülərini Yol Polisindən tələb etsə də ona təqdim edilmədi və işin obyektiv həlli baxımından həmin görüntülərin məhkəmə tərəfindən tələb edilməsi və tətqiq olunması olduqca vacibdir. Hadisədən bir qədər sonra, hadisə yerinə YPX-nin əməkdaşları gəlmiş hadisənin günahkarı kimi onun olması qeyd olunmuş və barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə İX haqqında Protokol tərtib olunacağı ona izah olunmamışdır. Nəticədə telefonuna bildiriş gəlmiş və barəsində İXM-nin 327.1-ci maddəsi ilə İX haqqında protokola əsasən 40 manat cərimə tətbiq olunmuşdur. O həmin protokol ilə barəsində cərimə tətbiqinə dair inzibati xəta haqqında qərarla razı deyil, hesab edir ki, barəsində tətbiq olunan həmin cərimə əsassızdır və ləğv olunmalıdır. Ona görə ki, yuxarıda qeyd etdiyi kimi, hadisənin baş verdiyi ərazidə ötmə manevri etmək qadağandır və həmin ərazi ötmə qadağandır yol nişanının təsir dairəsinə düşür. Yaşayış məntəqələrində icazə verilən maksimal sürət 60 km/saat olmasına baxmayaraq onun idarə etdiyi avtomaşının sürəti 60 km/saat olduğunu nəzərə alsaq ötmə edən avtomaşının sürəti 60 km/saatdan çox idi. Digər nəqliyyat vasitəsinin sürücüsü sonradan adı ona məlum olan Vüsal Quliyev adlı şəxs həmin vaxt qeyd olunan hər iki yol nişanının tələbini kobud şəkildə pozmaqla yanaşı, təhlükəli manevr edərək, onu ötmə əməliyyatı etdikdən dərhal sonra, aralarındakı kiçik ara məsafəsini gözləmədən sağdakı yaşayış məntəqəsinə tərəf hərəkət etmək niyyəti ilə anidən avtomaşınının əyləcini sərt şəkildə işə salmaqla sağda yerləşən küçəyə dönmə manevrini təhlükəli şəkildə icra edərkən avtomaşınları toqquşmuşdur. Bir daha qeyd edir ki, bu hadisə anidən olduğundan və ara məsafəsi onun iradəsindən asılı olmayan səbəbdən və digər sürücünün təhlükəli ötmə manevr etməsi və əyləci qəfil sərt işə salması səbəbi ilə ara məsafəsinin çox kiçik olduğundan o hadisənin qarşısını ala bilməzdi. Onu da qeyd edir ki, o hal hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçusu, kapitanıdır. Müharibə veteranıdır və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə iştirak etdiyinə görə medallarla təltif olunmuşdur. Hadisə yerinə gələn Yol Patrul Xidməti Əməkdaşlarına və İX haqqında Protokolu tərtib edən YPX-ti əməkdaşı polis serjantı Rauf Ramazanova onun günahının olmamasını, əməlində inzibati xəta tərkibinin olmamasını bildirərək, müşahidə kamerasına baxıb daha sonra hadisənin səbəb və nəticəsini obyektiv və ədalətli araşdırmasını xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq qərarın ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə və şikayət vermiş şəxs işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsin və həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPB-nin İX Tağım YPX inspektoru polis serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6568685 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 araməsafəsi qaydalarının pozmaqla İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. X5 şikayətində göstərmişdir ki, o, inzibati xətanın törədilməsində özünü təqsirli bilmir. Belə ki, onun arxasınca hərəkətdə olan avtomobil qəfil ötmə əməliyyatı edərək onun qarşısına keçmiş, qəfil sağa dönmə əməliyyatı etmişdir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ bəndinə əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ bəndinə əsasən Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini əks etdirən DVD diskdə olan videoyazıdan görünür ki, X3 idarə etdiyi avotmobilin qarşısında hərəkətdə olan avtomobil sağa dönmə əməliyyatı edən zaman E. D. Əhmədov ara məsasəfi saxlamadığından avtomobilin sol arxa tərəfindən toqquşmuşdur. Emin Əhmədov şikayətində arxada olan avtomobilin ötmə əməliyyatı edərək onun qarşısında qəfil ötmə əməliyyatı etdiyindən qəza baş verdiyini bildirsə də iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini əks etdirən videoyazıdan görünür ki, Emin Əhmədovun bildirdiyinin əksinə, həmin vaxt qeyd etdiyi avtomobilin arxasında olan E. Əhmədovun idarə etdiyi avtomobil ara məsafəsi saxlamadığından qəza baş vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis serjantı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis serjantı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar