Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-9/2025 17.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Barəsində qərar çıxarılmış: X2 Qərarı barəsində şikayət edilən DİN-nin BDYPİ-nin nümayəndəsi, X1 iştirakları ilə Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X2 barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsi ilə xx.xx.2024–cü il tarixli EQ 25135681 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsi ilə xx.xx.2024–cü il tarixli EQ 25135681 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarı ilə fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 Azərbaycan Respublikası DİN–in BDYPİ–nin xx.xx.2024–cü il tarixli, EQ 25135681 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X5 şikayətini onunla əsaslandırmışdır ki, İkinci Qarabağ müharibəsi iştirakçısıdır, qazidir. Ona məxsus “SKODA RAPİD” minik markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobil var. 20 dekabr 2024-cü il tarixdə idarə etdiyi avtomobillə Şəmkir şəhəri Heydər Əliyev prospektində hərəkətdə olan zaman avtomobildə yaranmış nasazılıq zamanı avtomobili yolun sağ kənarına idarə edib 5-10 saniyə saxlamışdır. Avtomobilin mühərrikində olan nasazlıq düzəldiyi üçün hərəkətinə davam etmişdir. Avtomobil sonuncu etibarnamə ilə atası X3 verildiyi üçün 20 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə EQ 25135681 nömrəli protokol tərtib edilmişdir. Qeyd olunan protokolla razı deyil. Belə ki, müşahidə kamerası vasitəsi ilə çəkilmiş görüntüdə onun idarə etdiyi avtomobil ilə ümumi istifadəli nəqliyyat vasitələrinin dayanacaq meydaçasında, eləcə də 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayanmasına görə məsuliyyət nəzərdə tutulub, lakin bildirmək istəyir ki, o idarə etdiyi avtomobili ümumi istifadəli nəqliyyat vasitələrinin dayanacaq meydaçasında saxlamamışdır. Eləcə də avtomobili 5.12, 5.13 yol nişanlarından 15 metrdən az məsafədə saxlamamışdır. Bu barədə müşahidə kamerasında hər hansı bir məsafə yoxdur. Odur ki DİN–in BDYPİ–nin xx.xx.2024–cü il tarixli, EQ 25135681 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X5 izahatında şikayət ərizəsinin dəlillərini müdafiə edib göstərdi ki, ona məxsus “SKODA RAPİD” minik markalı, ** LK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20 dekabr 2024-cü il tarixdə idarə edərkən, Şəmkir şəhəri H.Əliyev prospektində olan zaman avtomobilin mühərrikində nasazlıq yaranmışdır, buna görə də o, idarə etdiyi avtomobili ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasına yaxın olan yerə çəkərək yaranmış texniki nasazlığa görə 5-10 saniyə dayanmışdır, həmçinin onun dayandığı yer, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasından 15 metr və ya daha çox uzaqda olmuşdur. Eləcə də o hər hansı sərnişinin minib və ya düşməsi üçün dayanmamışdır, hazırki vəziyyətdə özündən asılı olmayan səbəblərdən avtomobili dayandırmışdır. Odur ki, barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş edir. Qərarı barəsində şikayət edilən DİN-nin BDYPİ-nin nümayəndəsi, X4 məhkəmə iclası zamanı izahatında göstərdi ki, X2 nəqliyyat vasitəsilə törətdiyi inzibati xəta, elektron vasitələrin köməyi ilə aşkar edilmişdir və qanunvericiliyə uyğun olaraq barəsində EQ 25135681 nömrəli elektron qərar tərtib edilmişdir. Həmçinin, kamera vasitəsilə qeydə alınmış videogörüntüdə də, aydın şəkildə görünür ki, “SKODA RAPİD” minik markalı, ** LK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasının lap yaxınlığında dayanmışdır. Odur ki şikayət ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli EQ 25135681 nömrəli inzibati xəta haqqında elektron qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 401.6-cı kilometrliyində Şəmkir rayonu, Heydər Əliyev prospektində “SKODA RAPİD” minik markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, ümumi istifadəli nəqliyyat vasitələrinin dayanacaq meydaçasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda saxlamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli EQ 25135681 nömrəli inzibati xəta haqqında elektron qərara əlavə edilmiş və inzibati xəta hadisəsinə dair fotoçəkilişdən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 401.6-cı kilometrliyində Şəmkir rayonu, Heydər Əliyev prospektində “SKODA RAPİD” minik markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, ümumi istifadəli nəqliyyat vasitələrinin dayanacaq meydaçasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda saxlamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. İşdə olan CD-R diskdə qeydə alınmış videogörüntüdən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 401.6-cı kilometrliyində Şəmkir rayonu, Heydər Əliyev prospektində “SKODA RAPİD” minik markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, 5.12 yol nişanından 15 metrdən az yaxınlıqda saxlamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, qərar qəbul edən orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Belə ki, AR İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “X7” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin İV-cü hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda nəqliyyat vasitələrini dayandırmaq qadağandır. AR İXM-nin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in BDYPİ-nin X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 25135681 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X2 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası DİN–in BDYPİ-nin xx.xx.2024–cü il tarixli, EQ 25135681 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in BDYPİ-nin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 25135681 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-9/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-9/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver