Məhkəmə qərarları › İş №3(076)-903/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-903/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-903/2023 13.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-cı il tarixdə Şəmkir rayonu, Dəllər- Cəyir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati material ilə birlikdə baxılması üçün xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. Materiala əlavə edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 01400/00303 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək Şəxs 10000 manat cərimə edilmiş, lakin qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni borclu icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirdi ki, təfərindən tələbin könüllü icrası barədə bildiriş borcluya verilmiş, həmçinin digər təşkilatlara sorğu edilmiş, lakin borclu Şəxs ona təyin edilmiş cəriməni ödəməmiş, borclunun adına hər hansı bank hesabı, əmlak və pul vəsaiti, tələbin yönəldilə biləcəkləri əmlak aşkar edilməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanın törətməsi özü təsdiqini tapmış və bundan sonra tərəfindən protokol tərtib edilmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında bildirdi ki, heç bir yerdə işləmir, adına əmlak və bank hesabı yoxdur. O, təsərrüfatla məşğul olmuşdur, məhsulları xarab oldu deyə ödəniş edəbilməmişdir. Onun maddi imkanı olmadığı üçün ona təyin edilmiş cəriməni ödəməsi imkanı xaricindədir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 01400/00303 saylı xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan 20000,00 (iyirmi min) manat məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 10000,00 (on min) manat məbləğində inzibati cərimə növündə tənbeh edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 01400/00303 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 01400/00303 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Borclu bildirişi imzalayaraq qəbul etmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 07 iyun 2023-cü il tarixli aktdan görünür ki, icra sənədinin icrasının təmin edilməsi üçün X2 yaşadığı Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, tələbin yönəldilə biləcəkləri əmlak aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 01400/00303 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək 10000 manat cərimə edilmiş, lakin qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM–nin 529.1–ci maddəsinin dispozisyasindan görünür ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində ağırlaşdıran hall müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Qeyd olunan normanın tələbinə uyğun olaraq Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokolda göstərilən əməl üzrə 180 (bir yüz səksən) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar