Məhkəmə qərarları › İş №3(076)-908/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-908/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-908/2025 10.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Məsail oğlunun sədrliyi, Xanalıyeva Nuray Fərəc qızının katibliyi, Şəmkir RPŞ-in İTB-in polis baş leytnantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X3 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş müvafiq olaraq xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, H.Aslanov küçəsində ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. Polisin qanuni əmrinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis baş leytenantı Elmir İsaqlı göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə təxminən saat 23:00 radələrində Şəmkir şəhəri R.Fərzəliyev küçəsində vətəndaş Elçin Məmmədova məxsus fərdi yaşayış evinin yandırılması ilə bağlı istintaq bölməsində istintaq olunan cinayət işi üzrə daxil olmuş məcburi gətirilmə qərarının icrası ilə əlaqədar vətəndaş Şəxs Şəmkir rayon polis şöbəsinə gətirərkən o, H.Aslanov küçəsində heçbir səbəb olmadan ucadan ünvansın söyüşlər söyərək,ictimai qaydanı pozaraq bizim qanuni tələblərimizə qəsdən tabe olmamışdır.Onu sakitləşdirmək istəsək belə göstəriş və tələblərimizə baxmayaraq tabe olmaqdan boyun qaçırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə polis şöbəsinə gətirilərkən, ucadan ünvansız söyüşlər söyərək, ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməkdən boyon qaçırmışdır. O, baş verən inzibati xətaya əsəblərini cilovlamaq iqtidarını itirərək yol verdiyini bildirir. Peşəkar idmançı olduğunu, ölkəni “kicikboks” idman növündə yerli və beynəlxalq yarışlarda təmsil etdiyini və peşə fəaliyyətinin gərginliyindən sinirlərinin oyaq olmasını baş verən əmələ səbəb kimi göstərir. Törətdiyi əmələ görə peşmandır. Barəsində başlamış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatı təmin etmək məqsədi ilə həmin tarixdə saat 23:30-da tutulmuşdur. Məhkəmə Şəmkir rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı İsaqlı Elmirin məlumatını, barəsində inzibati icraat aparılan Şəxs izahatını, iş üzrə şahid X1 izahatlarını tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək və hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Həmin maddələrlə ilə təqsirli bilinərək tənbeh edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs inzibati tərkib olan hərəkətləri sərxoş halda olan şəxs kimi törətdiyindən İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutlmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tədbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın tşrədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, Şəxs səmimi peşmançılığını, onun idmançı fəaliyyəti ilə məşğul olması ,və Azərbaycan Respublikasının idman sahəsinə verdiyi və verəcəyi töhvələri nəzərə alaraq cəzanın minumum həddə təyin olunmasını məqsədəuyğun hesab edir.İXM-nin 510 və 535.1-ci maddələrində nəzərədə tutulmuş inzibati qaydada həbs növündə cəzanınn aşağı həddində təyin edilməsini onun islah olunmasında və cəzanın məqsədinə nail olmasında kifayət hesab edir və göstərilənləri nəzərə alıb hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə olan cəzanını aşağı hədində inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında zəruri hesab edir. Şərh olunanlara əsaslanaraq və İXM-nin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2025-ci il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrası Şəmkir rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar