Məhkəmə qərarları › İş №3(076)-909/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-909/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-909/2025 12.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin Hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, X2 barəsində qəbul edilmiş TP ******* nömrəli, 16 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsini baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş TP ******* nömrəli, 16 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-3314/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə, TP ******* nömrəli, 16 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Şəmkir rayon Məhkəməsinə göndərilmişdir. Şikayət vermiş X3 məhkəməyə vəsatət ünvanlayaraq bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin 3(125)-3314/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə barəmdə qəbul edilmiş TP ******* nömrəli, 16 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Şəmkir rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokola əsasən inzibati xəta hadisəsi Şəmkir rayonu ərazisində törədilmişdir. Buna baxmayaraq o, Gəncə şəhəri, X6 küçəsi, dalan 8, ev 5A ünvanında qeydiyyatda olmaqla yaşayır və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Ona görə də, onun, Gəncə şəhəri, X6 küçəsi, dalan 8, ev 5A ünvanında qeydiyyatda olmaqla yaşamağını nəzərə alaraq TP ******* nömrəli, 16 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan tərəfidən verilmiş şikayət ərizəsinin baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirərək hesab edir ki, TP ******* nömrəli, 16 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. İşdə olan və “Elektron Məhkəmə İnformasiya” Sistemindən çıxarışdan görünür ki, X1 şəhəri, X6 küçəsi, dalan 8, ev 5A ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM–nin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir 129.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, TP ******* nömrəli, 16 avqust 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118 və 109–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: TP ******* nömrəli, 16 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar