Məhkəmə qərarları › İş №3(076)-912/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-912/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-912/2024 31.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs qızının xx.xx.1966-cı il tarixdə Şəmkir rayonu, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs qızı, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-783/2020 saylı icra sənədinin icrasına maneçilik yaradaraq Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-783/2020 saylı icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs 20 noyabr 2014-cü il təvəllüdlü Yusif adlı azyaşlı uşağı ilə birlikdə cavabdeh X3 adına qeyd edilmiş, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ verilməsi və onlar həmin evə köçürülməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə həmin ünvana getmiş, həmin vaxt Şəxs qızı icra hərəkətlərinin həyata keçirilməsinə maneçilik yaratmış, dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra hərəkətlərinin həyata keçirilməsinə qəsdən maneçilik yaratmışdır. İfadəsində qeyd etdiyi hallara görə, hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və Şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-783/2020 saylı icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs 20 noyabr 2014-cü il təvəllüdlü Yusif adlı azyaşlı uşağı ilə birlikdə cavabdeh X3 adına qeyd edilmiş, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ verilməsi və onlar həmin evə köçürülməsi qət edilmişdir. Lakin, Aynurə ilə münasibətləri pozulduğu üçün onun həmin evə köçürülməsini istəmir. Belə ki, həmin ev onun mərhum atasından qalma evdir, məhkəmənin həmin icra sənədi ədalətsizdir. Bu səbəbdən icra məmuruna icra hərəkətlərinin həyata keçirilməsinə maneçilik yaratmışdır. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, xx.xx.1969-cu il tarixdə anadan olmuşdur, Şəmkir rayonu Qədimqala kəndində yaşayır, mübahisəli ev Şəxs mərhum atasından qalma evdir, məhkəmənin həmin icra sənədini ona görə də ədalətsiz hesab edir. Bu səbəbdən icra məmuruna icra hərəkətlərinin həyata keçirilməsinə maneçilik yaratmışdır. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, Şəxs onun bacısıdır, bacısı Aynurənin mübahisəli evdə qalmasına heç cür razı deyil, belə ki, Aynurə onun atasını həmin evdən çıxartdırıb, o, bir ildir ki, həmin evdə qalmır, ona maşın da verilib. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)- 783/2020 saylı icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs 20 noyabr 2014-cü il təvəllüdlü Yusif adlı azyaşlı uşağı ilə birlikdə cavabdeh X3 adına qeyd edilmiş, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ verilməsi və onlar həmin evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)- 783/2020 saylı icra sənədi üzrə qərar qəbul edilərək, qərarın surəti icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarında olan Şəxs qızı tərəfindən Şəmkir rayon İcra və Probasiya Şöbəsinə verilmiş izahatında o, icra sənədi üzrə hərəkətlərin edilməsinə imkan verməyəcəyini, məhkəmə qərarının ədalətsiz olduğunu, Zərərçəkmiş şəxs əxlaqsızlıqla məşğul olduğunu, həmin ev onun mərhum atasından qalma ev olmasını və barəsində görüləcək qanuna müvafiq tədbirlər barədə xəbərdar edildiyini bildirmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs qızının, həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun və şahidlərin izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs qızının məhkəmə iclasında verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs qızının məhkəmənin icra sənədində nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsinə maneçilik törətməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs qızının hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, Şəxs qızının şəxsiyyətini xarakterizə edərək hesab edir ki, Şəxs qızına cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar